Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeni Suraxanı bələdiyyəsinin sədri rüşvətlə bağlı həbs edilib

Bələdiyyə sədri cinayət məsuliyyətinə cəlb edilib...

Baş Prokurorluğun Mətbuat xidmətindən Poliqon-a verilən məlumata görə, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı bələdiyyəsinin sədri Quliyev Fikrət Əzizağa oğlunun qanunsuz hərəkətləri ilə bağlı keçirilmiş əməliyyat tədbiri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

İstintaq-əməliyyat tədbirləri ilə Fikrət Quliyevin həmin vəzifədə işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar torpaq sahələrinin ayrılması, tikinti işlərinin aparılması və digər məqsədlərlə çoxsaylı şəxslərdən külli miqdarda pul vəsaitini rüşvət qismində almasına və digər qanunazidd əməllər törətməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış ilkin sübutlar əsasında Fikrət Quliyev Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 (rüşvət alma- təkrar və külli miqdarda törədildikdə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Xankəndidə İqtisadi məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

Çempionlar Liqası: "Qarabağ"ın II təsnifat mərhələsindəki rəqibi dəqiqləşib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Azərbaycanda dəhşət: Bir il əvvəl itkin düşən şəxs sevgilisi ilə birlikdə intihar edibmiş

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Ən çox oxunanalar