Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeni səfir: “Rusiya-Azərbaycan münasibətləri yüksəlişdədir”

“Azərbaycan prezidenti İlham Əliyevin Rusiyaya səfərinə hazırlıq gedir”


Bunu APA-nın Moskva müxbirinə eksklüziv açıqlamasında Rusiyanın Azərbaycandakı yeni səfiri Mixail Boçarnikov deyib.

“Heç kəsə sirr deyil ki, biz Azərbaycan prezidenti İlham Əliyevin Rusiya Federasiyasına səfəri ərəfəsindəyik. Ona görə də, iki ölkə arasında olan məsələlər aktuallaşmalıdır, tərəflər lazımı sənədləri imzalanmağa hazır vəziyyətə gətirməlidir. Proses gedir. Baxmayaraq k, yay dövrüdür, bizim işimiz gərgindir”, - deyə səfir vurğulayıb.

M. Boçarnikov Azərbaycanda diplomat kimi fəaliyyətə başlamasından danışıb: “Mən cəmi bir aydır Azərbaycanda səfir kimi fəaliyyət göstərirəm. Ona görə də, ilk təəssüratlarımı sizinlə bölüşə bilərəm. İlk təəssüratım ondan ibarətdir ki, Rusiya-Azərbaycan münasibətləri yüksəlişdədir. Bu gün biz Rusiya Ticarət-Sənaye Palatasında olduğumuzdan, iki ölkə arasındakı iqtisadi münasibətlərdən danışmaq istərdim. RusiyaAzərbaycan arasında iqtisadi münasibətlər sürətlə inkişaf edir. İkitərəfli münasibətlərin gündəliyində olan məsələlər çoxdur. Həm biznes səviyyəsində iş adamlarının, həm də hər iki ölkənin İqtisadiyyat nazirliklərinin nümayəndələrinin görüşləri olduqca vacibdir”.

Rusiyalı diplomat iki ölkə arasında siyasi münasibətlərə də toxunaraq qeyd edib ki, RusiyaAzərbaycan arasında siyasi münasibətlər çox yaxşı inkişaf edir: “Hər şey bizim prezidentlərin arasında olan mehriban və şəxsi münasibətlərə söykənir. Belə əhval-ruhiyyə bizim siyasi əlaqələrimizin bütün səviyyələrinə yayılır. Ona görə də mən Rusiya-Azərbaycan münasibətlərinin gələcəyini nikbin görürəm”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Ən çox oxunanalar