Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeni müharibəyə açılan qapı - Separatçılar Ermənistan parlamentini Xankəndinə dəvət ediblər...

Separatçıların Ermənistan parlamentinə yolladıqları təklif əslində yeni müharibə üçün əsasdır və bunun qarşısını özlərinə “sülhməramlı” deyən Rusiya ordusu belə ala bilməz...

Politoloq: “Qarabağ separatçıları bütün mümkün vaistələrə Bakı-İrəvan müzakirələrinə kölgə salmağa, Paşinyan komandasını diskreditasiay etməyə, onun müxalifətinə dəstək verməyə çalışır”.

“Əgər Rusiya sülhmərmalı kontingentinin fəaliyyəti bu məcarda davam edərsə, rəsmi Bakı bu kontingentin öz mandatına uyğun missiyasını yeirnə yetirə bilməməsi ilə əlaqədar siyasi-hüquqi prosedurlara başlamaq məcburiyyətində qalacaq”.

Bu sözləri politoloq Zaur İbrahimli separatçı rejimin erməni deputatları Xankəndinə çağırmasını PİA.az-a şərh edərkən qeyd edib.

Qarabağda sülhməramlıların nəzarətində olan separatçı rejimin rəhbərliyi Ermənistan parlamentinin bütün deputatlarını sentyabrın 2 də Xankəndinə dəvət edib. Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Qeqam Manukyan dəvəti qəbul etdiklərini deyib. Bildiyimiz kimi sonuncu dəfə rus sülhməramlıları erməni müxalifətini təmsil edən deputatları Qarabağa buraxmamışdı.

Ehtimal etmək olar ki, rəsmi Bakının sərt reaksiyasını nəzərə alan hakim “Vətəndaş razılaşması” Partiyası bu çağrışa müsbət yanaşmayacaq. Lakin Paşinyan hakimiyyətinə tabe olan separatçıların belə bir təkliflə çıxış etmələri belə, “qırmızı xəttin” keçilməsi anlamına gəlir və bir çox suallar doğurur.

Hər şeydən əvvəl belə bir təkliflə çıxış etmək, 10 noyabr bəyanatına ziddir və hələ də Azərbaycan, RusiyaErmənistan liderləri tərəfindən imzalanan 10 noyabr bəyanatının bir sıra maddələrini icra etməkdən yayınan separatçılar əslində yeni müharibə üçün qapı açmaqdadırlar.

Nümunə üçün deyə bilərik ki, 44 günlük Vətən müharibəsinin başlamasının səbəblərindən biri də baş nazir Nikol Paşinyanın Şuşanın işğal günüdə Azərbaycanın tarixi incilərindən biri olan bu şəhərdə qol qaldırıb oynaması idi. Digər bir səbə də separatçıların “parlament” dedikləri cinayətkar terrorçu yığnağını Şuşada yerləşdirmək haqqında verdikləri qərar idi.

İndi isə tarix yenidən təkrarlanır və separatçıların Ermənistan parlamentinə yolladıqları təklif əslində yeni müharibə üçün əsasdır və bunun qarşısını özlərinə “sülhməramlı” deyən Rusiya ordusu belə ala bilməz.

Araik Arutunyanın bu təxribatçı çağırışını əslində rəsmi Bakı ilə Yeravan arasında aparılan danışıqlara qarşı atılan addım dəyərləndirmək olarmı və bu dəfə Rusiya erməni təxribatına dəstək verə bilərmi?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Zaur İbrahimli ilə müzakirə edib.

Zaur İbrahimli: “Erməni deputatların Xankəndinə gəlməsi və Rusiya sülhməramlılarının reaksiyası sülhməramlılar üçün növbəti test olacaq”.

Bu məsələdə Paşinyan komandasının məsuliyyətini də vurğulayan politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, əgər gerçəkdən rəsmi İərvan sülh danışıqlarana sadiqliyi nümayiş etdirmək istəyirsə, sepratçıları bu cür addımalrına qarşı sərt mövqe sərgiləməlidir:

“Erməni deputatların Xankəndinə gəlməsi və Rusiya sülhməramlılarının reaksiyası sülhməramlılar üçün növbəti test olacaq. Bir neçə gün əvvəl onlar tərəfindən Azərbaycanın Qarabağ bölgəsində separatçıların mühəndis-istehkam qurğuları tikməsinə göz yumulmuşdu, eyni zamanda sülhməramlılara məxsus hərbi karvandan “Kalaşnikov” avtomatları tapılmışdı. Azərbaycan prezidenti sonuncu dəfə 2022-ci ilin altı ayının sosial-iqtisadi yekunlarına dair müşavirədə Rusiya sülhməramlılarının öz öhdəliklərini yerinə yetirməməsini vurğulayaraq ciddi xəbərdarlıq edib. İndi bu xəbərdarlıqdan sülhməramlıların nəticə çıarmamaları ciddi sonuclar doğura bilər.

Bu sərt xəbərdarlıq göstərdi ki, Rusiya sülhməramlılarının öhədliklərini yerinə yetirməsi ilə əlaqədar Bakının apardığı müzakirələr hələ ki, Moskvanın mövqeyini dəyişmir. Azərbaycan Rusiya sülhməramlılarının öz mandatına və missiyasına uyğun olmayan əməllərini və faktları sərt şəkildə vurğulamaqla Moskvanın öz mövqeyinə bir daha yenidən nəzər salmağa dəvət edir.

Zaur İbrahimli: “Azərbaycan Rusiya sülhməramlılarının öz mandatına və missiyasına uyğun olmayan əməllərini və faktları sərt şəkildə vurğulamaqla Moskvanın öz mövqeyinə bir daha yenidən nəzər salmağa dəvət edir”.

Həmçinin, Bakı xüsusilə vurğulamağa çalışır ki, bu addımlar sülhmərmalı kontingentin legitimliyini sual altına alır və hüquqi məsuliyyət yaradır, Kreml bunu nəzərə almalıdır. Əgər Rusiya sülhmərmalı kontingentinin fəaliyyəti bu məcarda davam edərsə, rəsmi Bakı bu kontingentin öz mandatına uyğun missiyasını yeirnə yetirə bilməməsi ilə əlaqədar siyasi-hüquqi prosedurlara başlamaq məcburiyyətində qalacaq.

Qarabağ separatçıları isə bütün mümkün vaistələrə Bakı-İrəvan müzakirələrinə kölgə salmağa, Paşinyan komandasını diskreditasiay etməyə, onun müxalifətinə dəstək verməyə çalışır. Həmçinin, Rusiya ilə Azərbaycanı üz-üzə qoymaq siyasəti yürüdülür. Bununla belə, bu məsələdə Paşinyan komandasının məsuliyyətini də vurğulamaq lazımdır. Əgər gerçəkdən rəsmi İərvan sülh danışıqlarana sadiqliyi nümayiş etdirmək istəyirsə, sepratçıları bu cür addımalrına qarşı sərt mövqe sərgiləməlidir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

"Qarabağ"ın play-off qazancı bəlli oldu - Məbləğ

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Fəzail İbrahimli Göytəpədə seçicilərlə görüşüb - Fotolar 

Rusiyanın daha bir bölgəsində fövqəladə vəziyyət rejimi tətbiq edilib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay