Çərşənbə axşamı, 27 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeni bir süper güc hərəkətə keçir - Dünya yüz illər ərzində ilk dəfə dərin güc dəyişikliyi yaşayır...

Artıq səbr etmək dövrü bitdi. Artıq dünya Qərbin əsrlər boyu davam edən nəzarətindən çıxıb....

İbrahim Karagül
“Yeni Şafak” qəzeti, Türkiyə, 29 mart 2022-ci il

“İmperiyalar qayıdır, Türkiyə tarixə və coğrafiyaya qayıtdı”, cümləsi sadəcə bir ümid, gözlənti və ya xəyal deyildi. Çünki dünya Avropanın “coğrafi kəşflər” adlandırdığı müstəmləkəçilik tarixinin başlanğıcından bəri yüz illər ərzində ilk dəfə olaraq dərin güc dəyişikliyi yaşayır.

Qərb tarixi tənəzzül dövrünə qədəm qoyub, Qərb qloballaşması başa çatıb, yeni yüksələn güclər meydana çıxıb və keçmiş imperiyalar böyük iddialarla geri qayıtmağa başlayıb.

“21-ci əsirin sürprizi Türkiyə” ifadəsinin mənbəyi nədir?

Əslində, yüz illər sonra ilk dəfə olaraq “dünyanın oxu” dəyişir. Bu, dəqiq bir baxış idi. “21-ci əsrin sürprizi Türkiyədir” cümləsinin qaynağı bu idi. Tarixi-coğrafi konseptlər istehsal etmədən, təhlükəsizlik və diplomatiya mövqeyini dəqiqləşdirmədən, Türkiyəyə və dünyaya baxışı lokallaşdırmadan, min illərin geosiyasi zehnini bu günə gətirmədən buna nail ola bilməzdik.

Buna da biz üz tutduq. Türkiyə ilə bağlı coğrafi tərifimizi, qlobal güc xəritəsinə baxışımızı aydınlaşdırdıq. Azad düşüncəni biz qurduq, sonra yüksələn Türkiyənin qapıları açıldı.

21-ci əsrdə biz sosial genetikamızda artıq mövcud olan gücü yenidən kəşf etdik. Bu illər ərzində imperatorluq zehniyyəti siyasi genetik bağlarından qopmuşdu. “Türk tipli basçılıq” təfəkküründən Səlcuqlar və Osmanlının qurucu ağlına qayıtdıq. Bunu yüz il gözlədik. Çünki 20-ci əsr səbr əsri idi. Bu, Anadolunu qorumaq, burada dayanmaq əsri idi. Bizi tarixdən, bu coğrafiyadan uzaqlaşdırmaq üçün planlar qurdular. Amma biz üç qitənin şüurunu Anadoluda sıxışdıraraq qoruduq.

Ona görə də, Türkiyə Respublikasının qurulması Osmanlı İmperiyasının yaranması qədər tarixi dəyişdirən bir mərhələ idi. İndi “qurulma” dövrü başa çatıb və “yüksəklik” dövrü başlayıb.

Güc Qərbin nəzarətindən çıxıb

Keçən əsrdə bunu heç vaxt edə bilməzdik. Çünki Qərbin sərhədsiz təzyiqi və nəzarəti olduğu halda, belə bir şeyə cəhd etmək Anadolunu da məhv edərdi və biz doğrudan da tarixdən və bu coğrafiyadan sıxışdırılacaqdıq.

Artıq səbr etmək dövrü bitdi. Dünya Qərbin əsrlər boyu davam edən nəzarətindən çıxıb. ABŞAvropa indi yer kürəsinin kiçik bir hissəsini təşkil edir. Asiya oyandı. Afrika oyanır. Yaxın Şərq son üç onillikdə dağıdıcı işğallarla üzləşdi, lakin sağ qaldı. O, indi ayağa qalxacaq. Güc artıq Qərbin nəzarətindən çıxıb.

Birinci və İkinci Dünya Müharibələri ilə müqayisədə daha dərin güc dəyişikliyi gedir. Yerin forması dəyişir. Ağıl və güc xəritələri dəyişir. Ancaq bu şokedici vəziyyət fiziki xəritələri də dəyişdirəcək.

Yeni bir süper güc hərəkətə keçir

Türkiyə iqlim dəyişikliyinin ən münasib vaxtında hərəkətə keçdi. Ola bilsin ki, bu, Osmanlı və Səlcuqlardan daha böyük bir güc inşasının əsasını qoyur.

Tarixi yaradan xalqlar cəsur iddiaları ilə qayıtır

Dünyada baş verən hər yeni inkişaf Türkiyəni böyüdür və hərəkət dairəsini genişləndirir. Sanki, yeni bir super güc işə düşür. Şərq və Qərbin müharibədən başqa deməyə sözü yox idi. Türkiyə coğrafiyaya və dünyaya “yeni cümlələr” hayqıran yeganə ölkə olaraq qaldı.

Möhkəm mərkəzi gücə malik olan, imperiya ənənəsindən qaynaqlanan, güclü liderlərin başçılıq etdiyi, ictimai səfərbərliyə həvəsli olan, gələcəyin qapılarını açan, tarix yazan xalqlar geri qayıdırlar.

FETÖ və altılıq masa: Qərb üçün Türkiyəni dayandırmaq

Dünən “Ərdoğanı devir, Türkiyəni dayandır”, şüarı ilə bir-birinin ardınca hücuma keçənlərin məqsədi bu yüksəlişin qarşısını almaq idi. Bu, FETÖ vasitəsilə həyata keçirilən 15 İyul hücumu idi. FETÖ iflasa uğradıqdan sonra “altılıq masa” ilə planlaşdırdıqları yeni müdaxilə planı budur.

Onlar yeni imperiyanın yaranmasını görüb, bunu böyük təhlükə kimi qələmə verirlər. Onlar Çini və Rusiyanı da təhdid kimi tanıdıqları kimi, artıq Türkiyəni də Qərb üçün təhlükə olaraq təyin ediblər.

Müttəfiqlik münasibətləri bizi çaşdırmamalıdır. Onlar keçmişdən danışır, biz isə gələcəkdən. Gələcəkdə tamamilə yeni vəziyyətlər və mövqelər olacaq. Bu mövqeyin ən radikal və parlaq göstəricisi Türkiyədir.

ABŞAvropa yeni qlobal nizam qura bilməyəcək. Bunu yaxşı bilirlər. Amma bir tərəfdən Çini mühasirəyə almağa, digər tərəfdən isə Rusiyanı Ukrayna müharibəsi ilə məşğul etməyə çalışırlar. Ukrayna müharibəsi bitsə belə, Şərqi Avropada yeni cəbhələr açacaqlar. Buna məcburdurlar.

Ən “təhlükəlisi” Türkiyədir

Lakin ABŞAvropa üçün Türkiyənin yeni və güclü imperiyaya çevrilməsi ən təhlükəli ssenaridir. Əgər Ukrayna müharibəsi başlamasaydı, Bayden və Avropa liderləri bu günlərdə dünyanı Türkiyə ilə müharibə etməyə çağıracaqdılar.

Gizli müdaxilə qapıları bağlandıqda müharibələr başlayır. Məhz Türkiyə üçün o nöqtəyə sürüklənirdilər. Bir neçə cəbhədə çox ağır embarqo və müharibəyə məcbur edərək Türkiyəni tükətmək istəyirdilər.

Türkiyə-Rusiya müharibəsi planını sınayacaqlar

Bir yandan da,Türkiyə ilə Rusiya arasında müharibəyə başladıb hər iki ölkəni tükədəcəkdilər. Bunu da qeyd edək ki, Ukrayna müharibəsi və ya Şərqi Avropada yeni cəbhələrin açılması Rusiyanı diz çökdürə bilməsə, batan Qərb Türkiyə-Rusiya savaşı üçün oyun oynayacaq. Biz bunu indi bilirik. Bu, eyni anda iki imperiyanı dağıtmaq planıdır.

Əslində, ABŞAvropa yenidən qlobal nizamın arxasında deyil. O, Qərbə yönələn təhdidləri dayandırmağa tələsir. Tezislərini Avropanın müdafiəsi ilə bağlı formalaşdırırlar. Təkcə bu, Qərbin iflasa uğradığına və çox sürətli bir çöküşün yaşandığına işarədir.

Cozef Borrel: “İmperatorluqlar qayıdır. Türkiyə, Rusiya və Çin qayıtdı!”

15 sentyabr 2020-ci ildə Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrelin sözlərini xatırlayaq:

“Köhnə imperiyalar geri qayıdır. Keçmişin böyük imperiyaları qlobal və regional yanaşmalarla gəlir. Onlardan ən azı üçü qayıdır: Türkiyə, Rusiya və Çin...”

ABŞ-ın Ankaradakı keçmiş səfiri Fransis Ricciardon FETÖ-nün müdaxilələrinə ümid bağlayaraq: “Siz imperiyanın süqutunu seyr edəcəksiniz”, deyib. Onların hamısının birlikdə dayandırmaq istədikləri proses məhz imperiyaların dönüşü idi.

Ərdoğana Əbdulhəmid taleyi yazanlar böyük səhvləri etdilər

Türkiyənin “yüksəlmə dövrü” çox gözəl yazılmalıdır. Konseptuallaşdırılmalı və diskurslar hazırlanmalıdır. Türkiyənin 21-ci əsrə gətirdiyi imperiya zehni siyasi genetik şüurlarda inqilab etməlidir. Yalnız bu şəkildə xaricdən tutmaq, içəridən dayanmaq üsulları sıradan çıxa bilər.

II Əbdülhəmidin taleyini Ərdoğana yazanlar öz hesablamalarında böyük səhvə yol veriblər. O, çöküş dövrünün deyil, yüksəliş dövrünün avanqardı idi. Türkiyə ayağa qalxarkən onu dayandırmaq istəyənlər gücünü itirirdi. Türkiyəyə qarşı çıxdılar və gücünü itirən güclərə sərmayə qoydular.

Son bir meydan döyüşü qalıb, lakin bu “müdafiə” deyil

Bu dövrün memarı və lideri olan prezident Ərdoğana qarşı daxildən qlobal hücumların və xəyanətlərin məqsədi Türkiyəni dayandırmaq idi. Onlar Qərbin paytaxtları ilə iş gördülər və ölkəni daxildən vurdular. Kənardan mühasirə ilə bağlı bütün hesablamalar çökdü. İçəridən zərbə vurmağa yönəlmiş cəbhələr də dağılacaq. İndi növbə onlarındır.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qadınlar həmişə bu bürcün kişilərinə aşiq olurlar - Yaxşı hipnoz edirlər

Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Rəqibindən Nəsiman Yaqublunun faciəvi ölümünə reaksiya

Kardioloq ürək üçün ən təhlükəli 7 vərdişi açıqlayıb

Tramp ABŞ-ın Ukraynaya görə sursatsız qaldığını deyib

Makron Durovun saxlanılmasına münasibət bildirdi

Laçın Şəhəri Günü Həkəri çayının sahilində müxtəlif tədbirlərlə davam edib

Bakıda yataqxanada baş verən yanğın zamanı 5 nəfər təxliyə olunub - Yenilənib

Ən çox oxunanalar