Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yaxın Şərqdəki müharibə qlobal güc balansını Rusiya və Çinin xeyrinə dəyişir...

İsraildəki müharibə Qərbin Kremli beynəlxalq “izqoy”a çevirmək səylərini sarsıdıb...

Qərb diplomatı: “Qaydaları unudun, dünya nizamını unudun. Onlar bir daha bizi dinləməyəcəklər”.

Qərbin İsrailin HƏMAS hücumuna reaksiyasına verdiyi dəstək Aİ və ABŞ-ın Moskvanı beynəlxalq hüququ pozduğuna görə beynəlxalq “izqoy”a çevirmək üçün aylarla davam edən səylərinə son qoyub.

Poliqon xəbər verir ki, bu barədə Financial Times nəşri Qərb rəsmiləri və diplomatlarına istinadən məlumat yayıb Nəşr yazır ki, “Qlobal Cənub” ölkələri indi ABŞ, AB və onların müttəfiqlərini ikiüzlülükdə ittiham edir, çünki Qərb siyasətçiləri Ukrayna məsələsində olduğu kimi fələstinlilərin müdafiəsinə qalxmayıblar.

FT yazır ki, Vaşinqtonun İsrailin Qəzza zolağındakı hərəkətlərinə, demək olar ki, qeyd-şərtsiz dəstək verməsi inkişaf etməkdə olan ölkələrin mənfi reaksiyasına səbəb olub. Qərb rəsmiləri jurnalistlərə bildiriblər ki, bu, Qərbin Rusiyanın Ukraynaya müdaxiləsi məsələsində Hindistan, Braziliya və Cənubi Afrika da daxil olmaqla “Qlobal Cənub” ölkələri ilə konsensus əldə etmək səylərini sarsıdır. Qərb bu dövlətləri qaydalara əsaslanan beynəlxalq nizamı dəstəkləməyə çağırıb. Qəzetin mənbələri hesab edirlər ki, gələcəkdə “Qlobal Cənub” və Qərb ölkələri arasında Fələstinlə bağlı fikir ayrılıqları Ukraynaya dəstək üçün diplomatik işlərə mənfi təsir göstərəcək.

“Qaydaları unudun, dünya nizamını unudun. Onlar bir daha bizi dinləməyəcəklər”, deyə G7 ölkələrindən birinin yüksək səviyyəli diplomatı bildirib.

Nəşrin G7-nin yüksək səviyyəli diplomatlarından olan digər mənbəsi vurğulayıb ki, Qərb ölkələrinin Ukrayna ilə bağlı bəyanatları Qəzza zolağına da şamil edilməlidir, əks halda Qərb dövlətləri öz nüfuzlarını itirəcək.

“Niyə braziliyalılar, Cənubi Afrikalılar və İndoneziyalılar insan haqları haqqında dediklərimizə belə inanmalıdırlar?”, deyə mənbələrdən biri deyib.

Qeyd edilir ki, HƏMAS-ın İsrailə hücumundan dörd həftə əvvəl G20 sammitində Qərb liderləri inkişaf etməkdə olan ölkələrdən Rusiyanın Ukraynada mülki şəxslərə hücumlarını pisləməyi xahiş ediblər. Bu, BMT Nizamnaməsinə və beynəlxalq hüquqa hörmət etmək zərurəti ilə izah edilib. FT mənbələri bildiriblər ki, indi inkişaf etməkdə olan ölkələr Qərb rəsmilərindən eyni arqumentlərə istinad edərək Qəzzaya hücumları pisləmələrini tələb etməklə cavab verirlər.

Ərəb dövlətləri, xüsusilə İordaniya və Misir Qərbdən Qəzza əhalisinin müdafiəsi ilə bağlı mövqeyini sərtləşdirməyi tələb edir və Ukraynada qida, su və elektrik enerjisindən məhrum edilməsinin Qərbdə müharibə cinayəti adlandırıldığını arqument kimi göstərir. Bu barədə FT-yə ərəb ölkələrindən məlumat verilib.

Yüksək rütbəli Avropa rəsmisi FT ilə söhbətində İsraildə baş verənləri və Qərbin reaksiyasını “Rusiya üçün göydən gələn hədiyyə” adlandırıb. Onun sözlərinə görə, Rusiya bu böhrandan sui-istifadə edir və Yaxın Şərq və ərəb dünyasındakı milyarda yaxın insan “qlobal nizam”ın onlar üçün işləmədiyinə əmin olurlar. Qərb ölkələrinin birinin xarici işlər naziri FT-yə deyib ki, Moskva İsraildəki münaqişənin “diqqətini yayındıran potensialı” və ondan “qlobal istiqamətin dəyişdirilməsi” üçün necə istifadə oluna biləcəyi nəzəri cəhətdən çox maraqlıdır.

Qeyd edilir ki, Moskva bu həftə nümayiş etdirdi ki, o, Yaxın Şərqdə artan münaqişədə əsas qüvvələrdən birinə çevrilmək niyyətindədir. Bazar ertəsi Vladimir Putin regionun əsas oyunçularına, o cümlədən İran, Fələstin, Misir prezidentləri və İsrailin Baş nazirinə zəng edib. Müşahidəçilər hesab edirlər ki, Yaxın Şərqdəki müharibə qlobal güc balansını Rusiya və Çinin xeyrinə dəyişir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olub - Yenilənib

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

Azərbaycan lideri Xankəndi Konqres Mərkəzinin təməlini qoyub -Yenilənib

Prezident Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib - Yenilənib

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub -  Yenilənib

Prezident “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib - Yenilənib

İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib - Yenilənib

Prezident Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak edib

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şuşada gəziblər - Yenilənib

Natiq Miri: Böyük Britaniyada leyboristlərin hakimiyyətə gəlməsi ilə ciddi dəyişikliklərin anonsu verilir...

Ən çox oxunanalar