Cümə axşamı, 04 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yaxın Şərq konfransına İran cağırılmadı, Rusiya isə imtina etdi

Gələn ay Varşavada keçiriləcək Yaxın Şərq konfransına İran dəvət edilməyib, Rusiya isə dəvətdən imtina edib. Bu barədə məlumatı Polşanın xarici işlər naziri verib

Cek Caputoviç yanvarın 21-də yayınlanmış qeydlərində bildirib ki, İranın iştirakı danışıqları əngəlləyə bilərdi, beləki Tehranın istifadə etdiyi ritorikanın qəbulu müşküldür. Onu sözlərinə görə Rusiya isə fevralın 13-14-də Polşa və Birləşmiş Ştatların ev sahibliyi ilə keçiriləcək tədbirə qatılmağının məsləhət olmadığını bildirib.

Bu danışıqlar İranla dünya gücləri arasında 2015-ci ildə imzalanmış sazişin ətrafında yaranmış məchulluğun aradan qaldırılmasına kömək etməlidir.

Prezident Donald Tramp 2018-ci ilin mayında ABŞ-ın 2015-ci ilin nüvə sazişindən çıxdığını və Tehranın üzərinə Amerika sanksiyalarının bərpa olunduğunu bəyan etmişdi.

Avropa İttifaqı xarici işlər komissarı Federika Mogerini ABŞ-ın Yaxın Şərqdə sabitlik, sülh, azadlıq və regional təhlükəsizliyə həsr ediləcəyini bildirdiyi bu tədbirə qatılmayacağını deyib.

ABŞ dövlət katibi Mayk Pompeo deyib ki, bu görüşdə habelə İranın sabitsizləşdirici təsirinin aradan qaldırılması yolları da müzakirə olunacaq.

İran bu konfransın keçirilməsini özünə qarşı "düşmənçilik aktı” kimi qiymətləndirib və Polşaya qarşı təfsilatı açıqlanmayan "əks-hərəkət” edəcəyi ilə hədələyib.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu konfransı "aciz anti-İran sirki” adlandırıb:

İran mediası xəbər verir ki, Polşa xarici işlər nazirinin müavini Makey Lan sözügedən konfransı iranlı həmkarı Abbas Araqçı ilə müzakirə etmək üçün yanvarın 21-də Tehrana səfər edib.

İran mediasının yazdığöına görə Araqçı Lana deyib ki, Polşa hökuməti Amerika hökumətinin bu konfransdan güddüyü əsl məqsədlərini dərk etməli və bunun nəticələrindən narahat olmalıdır. O habelə bəyan edib ki, İran regionda və ya onun xaricində olan hər hansı ölkənin onun maraqlarına qarşı koalisiya yaratmasına yol verməyəcək.(Azadlıq radiosu)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

Siyavuş Novruzovdan haqqında yayılan xəbərlə bağlı açıqlama - Yenilənib

İyulda gözlənilən maqnit qasırğaları: Nə vaxt olacaq?

Azərbaycanda bu bahalı əməliyyatlar ödənişsiz olacaq - Rəsmi açıqlama

Səfərbərlik Xidmətinin 218 əməkdaşı məsuliyyətə cəlb edilib

Astanada Azərbaycan və Çin liderlərinin görüşü keçirilib - Yenilənib

Astanada Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub - Yenilənib

Bakıda qadın sevgilisinə görə dörd uşağını küçəyə atdı

Şəhidin arvadı və uşaqları oğurlanıb? - Polisdən açıqlama

Ən çox oxunanalar