Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yaxın 10 ildə dünya iqtisadiyyatı necə dəyişəcək?

Məşhur Alman nəşrindən proqnozlar...

Çin birinciliyi ABŞ-ın əlindən alacaq, ancaq iqtisadi rəqabət sona çatmayacaq
Yaxın 10 ildə böyük iqtisadi güclərin reytinqində əsaslı dəyişiklik baş verəcək. Çin ABŞ-ı qabaqlayacaq, bu iki güclü dövlət arasında rəqabət bütün dünya üçün əsl sınağa çevriləcək. Eyni zamanda hazırda çoxlarının fikir vermədiyi ölkələr güclənəcək. Bu barədə Almaniyanın “Die Welt” nəşri məlumat verir.

Dünya iqtisadiyyatında Amerikanın üstünlüyü uzun müddətdir davam edir. Ötən il ölkənin ÜDM-i 20,5 trilyon dollar qiymətləndirilib. Çinin göstəricisi bu rəqəmin üçdə ikisini təşkil edib. Ona görə hələ Amerikaya çatmaq lazımdır.

Xatırladaq ki, hələ 10 il əvvəl Çinin iqtisadi gücü Amerikanın göstəricisinin üçdə birini təşkil edirdi. Dolayısıyla, Pekin sürətlə inkişaf edir. “Allianz” şirkətinin baş iqtisadçısı Lyudovik Subran 2025-ci ildə Çinin ABŞ-ı üstələyəcəyini proqnozlaşdırır. Bəzi ekspertlər bunun daha tez baş verəcəyini ehtimal edir. Amma bu, dəqiq 2030-cu ildən tez olmayacaq.

Britaniyanın “HSBC” bankının proqnozlarına əsasən, növbəti 10 ildə Çinin ÜDM-i 26 trilyon dollara çatacaq, bu zaman Amerikanın ÜDM-i 25,2 trilyon dollar təşkil edəcək.

Dəyişiklik təkcə qlobal iqtisadi liderlikdə baş verməyəcək. 2030-cu ilədək hazırda planetin yeddinci iqtisadi gücü hesab edilən Hindistan Almaniya və Yaponiyanı geridə qoyaraq, onları üçlükdən sıxışdırıb çıxara biləcək.

Surban hesab edir ki, Cənubi Koreya, Meksika, İndoneziya və Rusiyanın da növbəti 10 ildə top-onluqda möhkəmlənməyə şansı var. Hər şey valyutaların inkişafından asılı olacaq. Çünki Amerika dollarının revalvasiyası və konkret ölkənin milli valyutasının ucuzlaşması proqnozlarda ciddi dəyişikliyə səbəb ola bilər.

“On ildən sonra reytinq necə olursa olsun, bir məsələ aydındır ki, Asiya iqtisadiyyatı sürətlə inkişaf edir, köhnə sənaye dünyası tədricən mövqeyini itirir”, - deyə ekspert bildirib.

ABŞ və Çin arasında ticarət müharibəsi artıq bir ildən çoxdur davam edir. Münaqişə gah qızışır, gah sakitləşir. “Feri” şirkətinin direktoru Haynz-Verner Rappın fikrincə, bunun arxasında böyük geosiyasi rəqabət dayanır və ABŞ-ın növbəti prezidentinin kim olacağından asılı olmayaraq, bu rəqabət davam edəcək.

“Ən pis halda dünya iqtisadiyyatı iki hissəyə parçalana bilər. Bir tərəfdə Çinin, digər tərəfdə ABŞ-ın başçılığı altında iki blok yarana bilər”, - deyə Rapp vurğulayıb. Ekspert bu zaman Almaniyanın bu iki ölkə arasındakı münaqişənin sərhəd xəttinə düşə biləcəyini qeyd edib.(Tərcümə: xarici pressa)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Sabir Rüstəmxanlının qızı ilə boşanan müğənni ilk dəfə ayrılıqlarından danışdı - Video

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmadı...

Azərbaycanın bir qrup hərbçisi təltif edilib - Foto

Xarkov vilayətində Rusiyanın hücumu səngiyib, onlar yeni taktikadan istifadə edirlər...

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

Ən çox oxunanalar