Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yaşar Nurinin həyat yoldaşı: “İşdən gələndə zarafata deyirdi ki, səndən yaxşısını tapmadım” 

ARB TV-nin “O Üz” verilişinin növbəti buraxılışı aktyor Yaşar Nuriyə həsr edilib.

Ailə üzvləri, tələbələri və tərəf müqabilləri mərhum aktyor Yaşar Nuridən danışdı:

Qızı Ülkər Yaşarqızı qeyd edib ki, atasının nəsə sözü olanda belə onlara demirdi:

“Hər zaman anama deyərdi ki, bizə desin. 11-ci sinfi yeni bitirmişdim. Bir az dodaq boyası çəkmişdim. Qonaqlığa getmişdik. Atam elə orda mənə acıqlı baxdı. Üzünü çevirib anamın qulağına pıçıldadı. Anam gəldi mənə dedi ki, atan dünyanı dağıdır, get dodaq boyasını sil”.

Tələbəsi olan aparıcı Zaur Kamal isə aktyorun çox ciddi və tələbkar olduğunu deyib:

“2 il imtahan verdim. 3-cü, 4-cü il məndən soruşmadan “5” yazdı. Soruşdum niyə “5” yazmısınız, layiqəm ki? Dedi, bilirəm ki, sən aktyor olmayacaqsan”.

Yaşar Nurinin tələbəsi Xalq artisti Faiq Ağayev isə onu həmişə soyadı ilə çağırdığını bildirib: “Bəzi xasiyyətlərinə görə mənə atamı xatırladardı. Xəstəliyə təslim olmurdu, döyüşürdü. Təbii ki, pis olurdum, elə bil, atamın pis olmasını görürdüm. Amma özü nikbin idi deyə, gülümsəyirdi deyə, mən də gülümsəyirdim. Bax o zaman Yaşar müəllimin öyrətdikləri köməyimə gəldi. İçim ağlaya-ağlaya üzüm gülürdü. Aktyor sənətində mənim üçün günəş idi. Böyük şəxsiyyəti itirdim”.

Tərəf-müqabili olan Firəngiz Mütəllimova isə tamaşaçıların onları onlardan xəbərsiz evləndirdiyini vurğulayıb:

“Artıq alışmışdıq bizə olan bu münasibətə. Sonuncu dəfə xəstə olanda Türkiyəyə onun yanına getdim. Gördüm hamı gəlib qapıdan mənə baxıb, gedir. Mən də soruşdum ki, niyə baxırlar. Dedi ki, Rəhimə sənin şəklini onlara göstərib ki, bu qadını mənim ərim çox sevib”.

Həyat yoldaşı Rəhimə Nuriyeva Yaşar Nuri haqqında xatirələrini bölüşüb:

“Onun həyatını dəyişdiyi an mən yanında olmadım. 6 il ərzində xasiyyəti tamam dəyişmişdi. Mən o zaman başa düşdüm ki, sevgi nədir. Xasiyyəti çox ağır idi. Nadir hallarda bizimlə zarafat edərdi. Qışqırmağı, kobud rəftarı da olub. İçəri girən kimi bütün işıqları söndürüb, telefonu çıxardırdı. Kaş ki, arabada olardı amma sağ olardı, yanımda olardı. İşdən gəlirdi, zarafata deyirdi ki, səndən yaxşısını tapmadım. Onun bir sözü var idi, həyat kino kimidir, həmişə ən maraqlı yerində bitir. Mən də həyatımın ən maraqlı yerində Yaşarı itirdim”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanın yanğınsöndürmə təyyarəsi az sonra Türkiyənin hava limanına enəcək

Livanın bütün ərazisində elektrik enerjisi kəsilib

"Bakıdan Qazaxa 12 manat, Şuşaya 26 manat?" - Şikayət

İsrailə raket yağışı: "Hizbullah" Livandakı hücuma cavab verdi

Qayınanasının fotosunu paylaşıb bunları yazdı

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

40 yaşından sonra ana olan məşhurlarımız - Siyahı

Şuşa-Laçın yolunda bulağın ətrafında yaranmış xoşagəlməz vəziyyət aradan qaldırılıb

Putin Sergey Butini XİN başçısının birinci müavini təyin edib

Bu insanlar münasibəti idarə etməyi sevirlər - Dominant bürclər

Ən çox oxunanalar