Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yasamal MKİS-lərlə bağlı şikayət: “İşçilərin maaşını öz aralarında bölüşdürürlər

Yasamal rayon Mənzil Kommunal və Texniki Xidmət Sahələrinin tabeliyində çalışan işçilərlə bağlı əmək qanunvericiliyinin pozulduğu iddia olunur. 

PİA.az xəbər verir ki, Report.az-a bu barədə şikayət daxil olub.

Şikayətdə bildirilib ki, işçilərə əmək müqavilələrinin mətni göstərilmir, qanunsuz olaraq, şənbə, bazar və qeyri-iş günlərində məcburi işə çağırılırlar:

“Süpürgəçilər səhər saat 5-dən axşam 6-a qədər işlədilir. Həmin işçilərə məzuniyyət və məzuniyyət pulları verilmir. İşə vaxtından artıq işləməyə görə də maaşlarına heç bir əlavələr edilmir. MKİS-də çoxlu sayda saxta iş ştatı mövcuddur. Müxtəlif insanların adı süpürgəçi kimi qeydiyyata salınır, onlara rəsmi staj yazılır və bunun əvəzində MKİS rəhbərliyi həmin şəxslərə yazılan əmək haqları kartlarının sahibinə çevrilir. Bu pullar bir neçə şəxs arasında bölüşdürülür".

Şikayət məktubunda Yasamal Rayon İcra Hakmiyyətinin də adı çəkilir.

Habelə, qeyd edilib ki, Mənzil Kommunal və Texniki Xidmət Sahələrində minlərlə işçi adı getsə də, əslində real iş bir neçə yüz adam tərəfindən görülür və yoxlamalar zamanı real işçilər müxtəlif məkanlarda peyda olmağa məcbur edilirlər:

"Çox az sayda işçi xüsusi fərqləndirici gödəkçələrlə təmin edilib. Qanunla nəzərdə tutulmuş maaş artımı və güzəştlər barədə də işçilər xəbərsizdirlər, hazırda günün müxtəlif saatlarında süpürgəçiləri işə çağırırlar, 19, 21, 64, 56, 22, 32, 24 nömrəli MKİS-lərdə işçilərə maaş yarıbayarı verilir”.

Valyuta.az xəbər verir ki, məsələ ilə bağlı Yasamal MKİS-in şöbə rəisi Cavid Həşimov Report.az-a açıqlama verirb.

C.Həşimov bildirib ki, qeyd olunan iddialar həqiqəti əks etdirmir:

“Yasamalda bir çox MKİS var. Mən maaş və digər məsələlərlə bağlı dəqiq məlumat verə bilmərəm. Çünki bu hər biri ayrı-ayrı şöbələrin işidir. Amma işçilərin hamısına vaxtı çatan kimi məzuniyyətlər verilir. Gələn ilə saxlanıla bilməz. Şikayət ərizəsini araşdırmadan məsələ ilə bağlı hər hansı dəqiq fikir bildirə bilmərəm. İşçilər səhər 5-də işə çağırılırsa, bunu yerində araşdırmalıyıq. Şikayətdə deyilənlərin həqiqətə uyğun olub-olmadığını araşdırmadan nə hə deyə bilərəm, nə də yox”.

Yasamal Rayon İcra Hakmiyyətindən isə məsələyə münasibət öyrənmək mümkün olmayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

Deputat Hicran Hüseynova və bacısı Fransada 5 milyon avroluq villanı sökdürüb,  yenisini tikir - Foto

27 ailəlik növbəti köç karvanı Şuşa şəhərinə çatıb -  Yenilənib

Paris-2024: İlham Zəkiyev bürünc medal qazana bilər - Yenilənib

Paris-2024: Lamiyə Vəliyeva növbəti medalını qazanıb

Dövlət hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcək

Kapadokiya – Türkiyənin nağıl dünyası və tarixi incisi – Fotolar

Zakir Həsənov Hikmət Mirzəyevlə birgə hərbçilərin sosial-məişət şəraiti ilə tanış olub

Xankəndidə avtomat, pulemyot, qumbaraatan və qumbaralar tapılıb

Pezeşkianla Putin arasında təkbətək görüş keçiriləcək

Ən çox oxunanalar