Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yarıtmaz kadr siyasətinə görə kimlər məsuliyyət daşıyır? - Ərəstun Orucludan şərh

Hakim partiyanın yarıtmaz kadr siyasətinin həyata keçirilməsində rolu və məsuliyyəti nə qədərdir?..

Siyasi şərhçi: “İlham Əliyevin təyinatlarla bağlı dediyini nəzərə alsaq, belə görünür ki, kadrların seçimində tamamilə fərqli meyarlar əsas götürülüb”.

“Konkret adlar çəkilməli və ortaya faktlar qoyulmalıdır. Amma nə qədər ki, belə faktlar yoxdur, o zaman uğursuz, korrupsiya üzərində qurulmuş kadr siyasətinə görə bütün tərəflərin məsuliyyət payı bərabərdir”.

Bu sözləri politoloq Ərəstun Oruclu Prezident İlham Əliyevin aparılan korrupsiya həbsləri fonunda kadr siyasətini kəskin tənqid etməsinin səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Son zamanlar bir neçə rayonun icra hakimiyyəti başçısı korrupsiya və rüşvətxorluqda ittiham olunaraq həbs olunub. İcra başçılarından sonra yoxlama nazirliklərdə və onun strukturlarında aparılır və onlarda da həbs edilənlər var.

Prezident İlham Əliyev isə öz çıxışında kadr siyasətini kəskin tənqid edərək bildirib ki, bəzən kadrlar vəzifəyə alınırkən onlardan pul alınıb. Yarıtmaz kadr siyasətinə görə kimlər məsuliyyət daşıyır və hakim partiyanın yarıtmaz kadr siyasətinin həyata keçirilməsində rolu və məsuliyyəti nə qədərdir?

Mövzunu PİA.az-ın əməkdaşı siyasi şərhçi, hazırda ABŞ-da yaşayan Ərəstun Oruclu ilə müzakirə edib.

Ərəstun Oruclu: “Dövlət başçısı vəzifəyə təyin olunan hər kəsi tanımaya bilər və elə bu səbəbdən də onun administrasiya var ki, həmin administrasiya seçim aparıb təqdimat verəndə, kadrların keyfiyyətini və peşəkarlığını nəzərə almalıdır”.

İlham Əliyevin kadr siyasətində yol verilən nöqsanları dilə gətirirkən keçmiş administrasiya rəhbərinə və onun komandasına eyham vurduğunu ehtimal edən siyasi şərhçi PİA.az-a açıqlamasında bildirib ki, əgər həqiqətən belədirsə, onda konkret adlar çəkilməli və ortaya faktlar qoyulmalıdır:

“Nəzərə almalıyıq ki, həbs olunan istər icra hakimiyyəti başçıları, istərsə də nazirlik və ya digər dövlət qurumları nümayəndələri hakimiyyətin icra qanadının təmsilçiləridir. Bu qanada isə ölkə prezidenti rəhbərlik edir. Təbii ki, dövlət başçısı vəzifəyə təyin olunan hər kəsi tanımaya bilər və elə bu səbəbdən də onun administrasiya var ki, həmin administrasiya seçim aparıb təqdimat verəndə, kadrların keyfiyyəti və bacarığını, həmçinin peşəkarlığını nəzərə almalıdır.

Burda söhbət təkcə kadrların işgüzar keyfiyyətlərindən getmir. Kadr seçimi aparılarkən, namizədlərin dünyagörüşü, mənəvi-əxlaqli və digər keyfiyyətləri də nəzərə alınmalı idi. Amma İlham Əliyevin təyinatlarla bağlı dediyini nəzərə alsaq, belə görünür ki, kadrların seçimində tamamilə fərqli meyarlar əsas götürülüb. Başqa sözlərlə, kadrlar ölkə başçısının dediyi kimi, rüşvətlə təyin olunublar. Bu məsələdə istər seçim aparan şəxslər və tərəflər, o cümlədən də namizədləri təqdim edən administrasiya da, iqtidar partiyası da məsuliyyət daşıyır, onları təyin edən dövlət başçısı da. Yəni, dövlət başçısının administrasiyasının nümayəndələri bu hallara yol veribsə, demək məsuliyyəti onlar, həm də hakimiyyətin bütün komandası məsuliyyət daşıyır.

Ərəstun Oruclu: “Yeni Azərbaycan partiyası xüsusilə məsuliyyət daşıyır, çünki vəzifələrə təyin olunanların mütləq əksəriyyəti həmin partiyanın üzvləridir”.

Şübhəsiz ki, İlham Əliyev bu sözləri söyləyərkən keçmiş administrasiya rəhbərinə və onun komandasına eyham vurur, amma biz bunu yalnız ehtimal edə bilərik. Əgər həqiqətən belədirsə, onda konkret adlar çəkilməli və ortaya faktlar qoyulmalıdır. Amma nə qədər ki, belə faktlar yoxdur, o zaman uğursuz, korrupsiya üzərində qurulmuş kadr siyasətinə görə bütün tərəflərin məsuliyyət payı bərabərdir: istər Yeni Azərbaycan Partiyasının, istər də Prezident Administrasiyasının.

Yeni Azərbaycan partiyası xüsusilə məsuliyyət daşıyır, çünki vəzifələrə təyin olunanların mütləq əksəriyyəti həmin partiyanın üzvləri, onları seçənlər, təqdim və təyin edənlər isə həmin partiyanın rəhbərləridir”.

Nərminə UMUDLU
pia.az


Etiket: Kadr


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məktəb direktorunun müavininin qətli törətdikdən sonra meyiti basdırdığı ərazidən görüntülər

Bakıda 15 yaşlı qız özünü binadan atdı: Hadisə yerindən görüntülər - Video

Zümrüd cin atına mindi: “Murdarsınız, sizə yazığım gəlir”

Azərbaycanlı deputat ziyafətdə mahnı oxudu - Video

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Zelenski: “Rusiyanı ədalətli sülhə məcbur etməliyik”

Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub

Prezident İlham Əliyev və Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib

XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib

Fransa millisinin AVRO-2024 üçün heyəti açıqlanıb

Bakıda şok hadisə: Kirayə götürdüyü evi üç nəfərə satıb ölkədən qaçdı - Yenilənib, Foto

Ən çox oxunanalar