Şənbə, 22 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Belarus Prezidenti Füzuli rayonuna səfər edib - Yenilənib

Azərbaycan Respublikasında dövlət səfərində olan Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mayın 17-də Füzuli rayonuna gedib...

 

 

"Report" xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşıladı.

Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Samir Rzayev Belarus Prezidentinə Füzuli, ZəngilanLaçın Beynəlxalq Hava limanları barədə məlumat verdi.

Bildirildi ki, “Qarabağın hava qapısı” adlandırılan Füzuli Beynəlxalq Hava Limanı 2021-ci il oktyabrın 26-da istifadəyə verilib. Ən müasir səviyyədə inşa olunan bu aeroport istənilən tip hava gəmisini qəbul etmək imkanına malikdir. Uçuş-enmə zolağının uzunluğu 3000, eni isə 60 metrdir. Hava limanının müasir infrastrukturla təchiz olunan terminalı saatda ən azı 200 sərnişinə xidmət etməyə imkan verir. Zəngilan Beynəlxalq Hava Limanının açılışı 2022-ci il oktyabrın 20-də olub. Bu hava limanı bütün növ təyyarələri, o cümlədən genişgövdəli ağır yük təyyarələrini qəbul edir. Təməli 2021-ci ildə qoyulan Laçın Beynəlxalq Hava Limanının inşasının bu il tamamlanması planlaşdırılır. Hava limanının uçuş-enmə zolağının uzunluğu 3000 metr, eni isə 60 metr olacaq. Bu hava limanları bölgəyə səfərə gələnlərin rahatlığını təmin edəcək, işğaldan azad olunmuş ərazilərimizdə aparılan quruculuq işlərinin daha da sürətlənməsinə töhfə verməklə, ümumilikdə Qarabağın və Şərqi Zəngəzurun sosial-iqtisadi inkişafında müstəsna rol oynayacaq

***

AZƏRTAC xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonu Azərbaycan Respublikasının Prezidentİlham Əliyev qarşılayıb.

Belarus Prezidentinə Füzuli, ZəngilanLaçın beynəlxalq hava limanları barədə məlumat verilib.

Fotolar

Poliqon.info

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ruslan Əliyev Şeyxin villasına cərimə yazan “Azəriqaz” əməkdaşlarını işdən çıxarıb?

Çəkilişə gedirdi, fırtınaya düşdü - "Dəhşətdir"

Yeni parlamentə yol tapa bilməyən köhnə deputatlar... - Siyahı

AVRO-2024: Ukrayna ilk qələbəsini qazanıb - Yenilənib

Bakının iki rayonunun qaz təchizatında fasilə yaranacaq

Fransa ordu göndərərsə, bu faktor Ermənistanın təhlükəsizliyini təmin edə bilər?

İrəvanda polis Samvel Şahramanyana xidmət edən avtomobili müsadirə edib - Video, Yenilənib

Politoloq: Yeni dünya düzənin bir qütbü də məhz Türk Dövlətlərinin Hərbi İttifaqı olacaq...

Qanazlığı olan insanlar nələrə diqqət etməlidirlər?

Mingəçevirdə güclü külək ağacları aşırıb, ölən və xəsarət alanlar var - Yenilənib

Milli Məclis növbədənkənar seçkilərin təyin edilməsi üçün Prezidentə müraciət edib - Yenilənib

Ən çox oxunanalar