Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məktəb direktorunun müavininin qətli törətdikdən sonra meyiti basdırdığı ərazidən görüntülər

Ötən gün Xətai rayonunda yerləşən 55 nömrəli məktəbdə mühafizəçi kimi çalışan Natiq Mehdinin qətlə yetirilməsi ilə bağlı yeni faktlar ortaya çıxıb...

Xəzər Xəbər”in əməkdaşları hadisədə şübhəli bilinən Elsəvər İslamovun yaşadığı Mərdəkan qəsəbəsində olublar.

Qonşular bildiriblər ki, hadisədən sonra ailəsi evdən gedib.

Onlar E.İslamovun belə bir cinayət törətməsinə təəccübləniblər.

Bildiriblər ki, E.İslamov qapalı insan olub. Onun qonşularla sıx əlaqəsi olmayıb. O, Mərdəkandakı evinə ara-sıra gəlib-gedib.

Qeyd edək ki, bir neçə gün əvvəl Bakıda 55 saylı orta məktəbin gözətçisi 60 yaşlı Natiq Mehdi öldürülüb. Onu öldürməkdə şübhəli bilinən həmin məktəbin direktorunun təsərrüfat işləri üzrə müavini 58 yaşlı Elsəvər İslamov isə saxlanılıb.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Elsəvər İslamov iş yoldaşı Natiq Mehdini öldürdükdən sonra izi itirmək məqsədilə meyiti yaşadığı Xəzər rayonu, Mərdəkan qəsəbəsinə gətirib və bu ərazidə basdırıb. O, istintaqa ifadəsində basdırdığı yeri göstərib və meyit buradan çıxarılaraq ekspertizaya aparılıb.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin “xüsusi amansızlıqla qəsdən adam öldürmə” maddəsi ilə iş başlanılıb. Elsevər İslamov polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

Poliqon.info

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Ən çox oxunanalar