Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Yaralı əsgərin halını soruşmaq ən yaxşı məlhəmdir”

Millət vəkili, həmçinin Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və icra aparatının məsul işçiləri ilə birlikdə Xanlıqlar və Qarapapaq kəndlərində də olmuş, yaralılarımızın ailələrinə baş çəkmişdir...

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun daxili müşavirədə aparat işçilərinə, idarə, müəssisə və təşkilat rəhbərlərinə dediyi bu sözləri yazının sərlövhəsinə təsadüfən çıxarmamışıq. Məsələ burasındadır ki, rayon rəhbəri Qazaxda bu ənənənin qorunmasına, yaşadılmasına çalışır. Deyir ki, heç nəyə gücün çatmırsa, heç olmasa sözə gücün çatsın: “Şəhid valideyninə, qaziyə, yaralı əsgərə, imkansıza iki kəlmə xoş söz de, kefini soruş, balasının başını sığalla”.

Məlum olduğu kimi, 2022-ci il sent­yabrın 12-dәn sonra Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən şəhid vermişik, yaralı­larımız olub. Onların arasında Qazaxın igid oğulları da var. Bu döyüşlər zamanı Qazaxdan olan 11 nəfər hərbi qulluqçu yaralanmış və müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.

Bu günlərdə Milli Məclisin deputatı Ülviyyə Ağayeva və Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, qazi kapitan Samir Çobanov xəstəxanada müalicə alan yaralılarımızı ziyarət etmişlər.

Gəncə şəhərində yerləşən hərbi hospitalda müalicə alan hərbi qulluqçu­ları – əsgər Allahmanov Ülvi Süleyman oğlunu, əsgər Hüseynov Pənah Surxay oğlunu, əsgər Niyazəliyev Niyaz Əsgər oğlunu, əsgər Rəhimov Osman Yaşar oğlunu ziyarət edən millət vəkili onların səhhətləri ilə maraqlanmışdır. Yaralılarla səmimi söhbət edən millət vəkili onların tək olmadığını, dövlətin qayğısı ilə əhatə olunduqlarını bildirmişdir.

Millət vəkili, həmçinin Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və icra aparatının məsul işçiləri ilə birlikdə Xanlıqlar və Qarapapaq kəndlərində də olmuş, yaralılarımızın ailələrinə baş çəkmişdir. Xanlıqlar kənd sakinləri, gizir Bəkirov Rafiq Səlim oğlunun, kiçik çavuş Məmmədov Əlhəm Qələndər oğlunun, Qarapapaq kənd sakini, əsgər Hüseynov Pənah Surxay oğlunun ailəsi ilə görüşən rayon rəhbəri və millət vəkili onların problemləri ilə maraqlanmışlar. Onlar qeyd etmişlər ki, müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla bütün xalqımızın hərbçilərimizlə, Vətən uğrunda canından keçən şəhidlərimizlə, sağlamlıqlarını itirən qazilərimizlə fəxr edirlər. Bu gün Rafiq, Əlhəm, Pənah kimi oğullarımız­la hər bir azərbaycanlının, qazaxlının qürur duyduğunu bildirmişlər. Söhbət zamanı belə bir fikir vurğulanmışdır ki, ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, qazilərimizə, onların ata-analarına, ailə üzvlərinə olan münasibətlərinin, göstərdikləri qayğının hər bir dövlət məmuruna, eləcə də hər bir vətəndaşa örnəkdir. Qazaxda da ilk gündən bu amilin əsas götürüldüyü, bundan sonra da belə davam edəcəyi söylənilib.

Yaralının atası Səlim Bəkirov təkcə övladı Rafiqlə deyil, onunla çiyin-çiyinə vuruşan bütün hərbçilərimizlə fəxr etdiyini deyib, bir ata kimi şəhidlərimizin ruhu qarşısında baş əydiyini vurğulayıb. Övladına, eləcə də digər hərbçilərimizə, yaralılarımıza göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə və millət vəkilinə minnətdarlığını bildirib.

Yeri gəlmişkən, Rəcəb Babaşov və Ülviyyə Ağayeva Xanlıqlar və Qa­rapapaq kəndlərində olarkən əsgər Hüseynov Pənah Surxay oğlunun anası məişət şəraitinin yaxşılaşdırılması məqsədilə rayon rəhbərliyindən dolab alınmasını xahiş etmişdi. Artıq onun bu istəyi yerinə yetirilib. Dolab alınaraq yaralımızın ailəsinə hədiyyə edilib.

Yaralının anası Zemfira Hüseynova təkcə övladı ilə deyil, onunla çiyin-çiyinə vuruşan bütün hərbçilərimizlə qürur duy­duğunu söyləyib. Bir ana kimi övladına, eləcə də digər hərbçilərimizə, yaralıları­mıza, şəhid ailələrinə göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Bi­rinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Gürcüstanın Baş naziri: ABŞ-nin sanksiyalar söhbəti qeyri-ciddidir

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

Ağ Ev: ABŞ Gürcüstanla münasibətlərə yenidən baxa bilər

Sabir Rüstəmxanlının qızı ilə boşanan müğənni ilk dəfə ayrılıqlarından danışdı - Video

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

Ən çox oxunanalar