Bazar ertəsi, 09 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

YAP-çı deputat Toliklə bağlı qalmaqal haqda: “Ona hörmətim var”

Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Tahir Rzayevin, Tarix Əliyev (Tolik) və digər onun kimi insanların YAP-a üzv olmasına etiraz etməsi xəbəri yayılmışdı.

Məsələ ilə bağlı prodüsser Tarix Əliyev “Yeni Sabah”a açıqlamasında özünün deputatla danışdığını, onun belə bir fikir səsləndirmədiyini bildirib:

“Mən Tahir müəllim haqqında danışmayacağam, özü ilə əlaqə saxlayın, o sizə hər şeyi deyəcək. Mən özüm dünən onunla əlaqə saxladım, dedi ki, “Mənim fikirlərimi jurnalist düzgün izah etməyib, mənim sənə böyük hörmətim var”.

Mən bu haqda danışayacağam, birincisi ona görə ki, 70 yaşında ağsaqqaldı, yaşda məndən böyükdür. İkincisi isə, o elə söz deməyib”.

Məsələyə deputat Tahir Rzayev də aydınlıq gətirib:

“O sözü mən deməmişəm, mənim sözümü təhrif ediblər. Sözümü təhrif edən jurnalistlə də danışdım, ona dedim ki, “Bir də belə şey olmasın”. Tarix Əliyev özü də mənə zəng etmişdi. Düzü, mən sadə adamların şəxsi məsələsinə qarışan deyiləm. Jurnalist mənə sualı ünvanlayanda bir neçə şəxsin də adını çəkdi ki, bunlar “belədir”.

Mənsə dedim ki, “Bilirsiziniz nə var, hər bir adamın özünün şəxsi işi var, şəxsi dünyagörüşü var”. O sözümü təhrif olunmuş şəkildə yazıblar.

Həmin xəbərlərdən sonra jurnalistə zəng edib iradımı bildirdim, belə şeylər etməmələrini söylədim. Bunlar jurnalistə xas olan məsələlər deyil, çünki hər bir insan özünün dünyagörüşünə görə, özünün əqidəsinə görə yaşayır. Əlbəttə ki, bütün cəmiyyətlərdə müəyyən qüsurlar var.

Kommunist partiyası dövründə də kommunist partiyasının bəzi üzvlərində nöqsanlar olub, indi ola bilər ki, hansısa siyasi təşkilatın, partiyanın üzvlərində də olsun. Amma bu mənim vəzifəm deyil axı. Hər bir partiyanın öz nizamnaməsi var, o nizamnamə əsasında üzvlər seçilə bilər.

O xəbəri təhrif olunmuş formada vermişdilər. Jurnalistə bildirdim ki, olmaz axı belə şeylər, kim olur olsun, o insandır, özü də o da jurnalistdir sizin kimi.

Mən axı belə bir şey demərəm, bu mənim əxlaqıma uyğun deyil. Kim haqqındasa belə kobud ifadələr işlətmərəm. Bu yalan məsələdir, mən belə sözlər işlətməmişəm”.

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməkdar jurnalist telekanala rəhbər təyin olundu - Foto

Masajda ölən iki yaşlı uşağın atası: "Prosedur zamanı şoka düşdü" - Yenilənib

Məşhur karate ustasının həbsi ilə bağlı yeni detallar: "Yeniyetmə qızlara porno göstərib"

Yeni qaydalar gənc hərbiçilərin mənzillə təmin olunmasında nə qədər rol oynayacaq?

Azərbaycanda onlayn oyunlara qurşanan tələbə yoxa çıxdı

Ucarda qaçırılan 16 yaşlı qız niyə geri qayıtmaq istəmir?

İran XİN: Biz regionda sərhədlərin dəyişdirilməsi cəhdinə qəti etirazımızı bildiririk

Ərəstun Oruclu: İran bütün hədəflərini, məqsədlərini Rusiya ilə bağlamaq istəmir...

Biznes kreditlərinə tələbi artıran səbəblər...

Politoloq: Ermənistanın Konstitusiya Məhkəməsi sənədə “veto” qoya bilər...

Ən çox oxunanalar