Şənbə, 20 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yanvar ayında adambaşına düşən gəlir azalıb?

İqtisadçı ekspert: “Yanvar ayı ilə bağlı rəqəmlər ona görə fərqlidir ki, artımlar hələlik maaşlara yansımayıb”

“Bu qərarlar mart-aprel aylarında ciddi şəkildə gəlirlərin artmasına təsir göstərəcək”.

Bu sözləri iqtisadçı Natiq Cəfərli bu ilin yanvar ayında orta aylıq əmək haqqının göstəricilərində baş verməyən dəyişikliyinin səbəbini şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

İqtisadçı-eskpert Nemət Əliyev 2019-cu ilin yanvar ayında əhali gəlirlərinin adambaşına düşən həcminin azalması ilə bağlı düşüncələrinə yerli mətbuatda bölüşüb. O, qeyd edib ki, 2019-cu ilin yanvar ayında əhali gəlirlərinin adambaşına düşən həcmi 11 manat 70 qəpik və ya 3% azalıb.

Müəllif açıqlanan rəsmi məlumatlara əsasən bildirir ki, adambaşına düşən gəlirlərin nominal həcmi 2018-ci ilin yanvarında 396,9 manat, 2019-cu ilin yanvarında isə 385,2 manat olub: “Bir aylıq gəlirlərin 11,7 manat və ya 3% azalması ortadadır [(385,2-396,9=-11,7); (-11,7:396,9∙100≈-3%)]. Amma DSK açıqladığı rəsmi məlumatda bu azalmanı ört-basdır etmək üçün onu “5,3% artım” şəklində ötürüb ictimaiyyətə”, deyə əlavə edib.

Maraqlıdır ki, iqtisadçı ekspert Nemət Əliyevin bu iddiası nə dərəcədə doğrudur? Əgər Dövlət Statistika Komitəsi yanlışlığa yol veribsə, o zaman adambaşına düşən gəlirin azalmasının səbəbləri nəylə bağlı ola bilər?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı iqtisadçı Natiq Cəfərlinin fikirlərini öyrənib.

Natiq Cəfərli: “Minimum əmək haqqı ilə bağlı son qərarlar hələlik orta aylıq əmək haqqına yansımayıb”.

Minimum əmək haqqı və sosial müavinətlə bağlı qəbul edilən qərarın göstəricilərin mart-aprel aylarında özünü göstərəcəyini vurğulayan iqtisadçı Natiq Cəfərliyə görə, yeni qərarların müsbət təsirləri gözləniləndir:

“Çox güman ki, burada söhbət orta aylıq əmək haqqının həcmindən gedir. Minimum orta aylıq əmək haqqı ilə bağlı son qərarlar hələlik əmək haqqına yansımayıb. Çünki bu qərarlar sonradan verilib. Hesab edirəm ki, Nemət bəy orta gəlirlilik səviyyəsini nəzərdə tutub.

Əslində real gəlirlərin artımında ciddi irəliləyişin olacağı gözlənilir. Çünki minimum əmək haqqı, sosial müavinətlərin artımı ilə bağlı qərarlar yeni verilib. Bu qərarlar mart-aprel aylarında ciddi şəkildə gəlirlərin artmasına təsir göstərəcək.

Mart-aprel aylarında yeni statistik göstəricilərdə həmin müsbət təsir özünü biruzə verəcək. Yanvar ayı ilə bağlı rəqəmlər ona görə fərqlidir ki, artımlar hələlik maaşlara yansımayıb”.

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

28 yaşlı kişi üzüyü qaytarmaq istəyən nişanlısını qətlə yetirdi - Məktəbə getməyə qoymurmuş

SOCAR-ın idarə rəisi öz qızının şirkətinə xidmət təşkil edir

Kəlbəcərdə mina partlayışlarında üç nəfər yaralanıb - Yenilənib

Əhməd Vəliyevin oğlu YAP-ın deputatlığa namizədi oldu: İngiltərəyə qədər uzanan ailə biznesi 

Elektromobillərimizi günəş enerjisi ilə şarj etmək bizə nə qazandıracaq?

Arda Gülər kimdir? – 9 yaşında oynamağa başlayıb, 19 yaşında ulduz olan futbolçu

“Microsoft”-la bağlı qlobal texniki nasazlıq Pentaqona təsir etməyib

Birinci Qarabağ müharibəsinin şəhidi İbrahim Vəliyev İmişlidə dəfn edilib - Yenilənib

Fələstin bütün ölkələri İsraillə münasibətlərə yenidən baxmağa çağırıb

Ən çox oxunanalar