Şənbə, 20 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qusarda "TikTok"a video çəkmək istəyən sürücü həyatından oldu

Ötən gün Qusar rayonunda uğursuz dönmə əməliyyatı edən sürücü ağır qəzaya səbəb olub və nəticədə həyatını itirib...

Bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb. Qeyd edilib ki, onun bu hərəkətini dostları "TikTok" sosial şəbəkəsində paylaşmaq üçün çəkirmişlər.

Hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə (BDYPİ) sorğu ünvanladıq.

İdarənin İctimai Qurumlarla Əlaqə Şöbəsinin xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektoru, polis polkovnik-leytenantı Mübariz Ağayev Oxu.Az-ın sorğusuna cavab olaraq faktı təsdiqlədi.

Onun sözlərinə görə, hadisə ötən gün saat 12 radələrində Qusar rayonu, Əcəxuroba kəndi ərazisində baş verib:

"Quba rayon sakini Pərviz Eyvazovun idarə etdiyi "Ford" markalı yük avtomobili ilə Düztahir kənd sakini Albert Xaspoladovun idarə etdiyi VAZ-2107 markalı avtomobil toqquşub. Qəza nəticəsində 29 yaşlı Albert Xaspoladov hadisə yerində həyatını itirib.

İlkin ehtimala görə, hadisəyə səbəb VAZ avtomobilinin sürücüsünün kobud qayda pozuntularına yol verərək yük avtomobilinin yoluna çıxması olub. Əraziyə Yol-Patrul Xidmətinin əməkdaşları cəlb ediliblər, faktla bağlı araşdırma aparılır".

"Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücüləri yol hərəkəti qaydalarına ciddi riayət etməyə və bu kimi ağır yol-nəqliyyat hadisələrindən düzgün nəticə çıxarmağa çağırır",- deyə qurum rəsmisi vurğulayıb.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

28 yaşlı kişi üzüyü qaytarmaq istəyən nişanlısını qətlə yetirdi - Məktəbə getməyə qoymurmuş

SOCAR-ın idarə rəisi öz qızının şirkətinə xidmət təşkil edir

Kəlbəcərdə mina partlayışlarında üç nəfər yaralanıb - Yenilənib

Əhməd Vəliyevin oğlu YAP-ın deputatlığa namizədi oldu: İngiltərəyə qədər uzanan ailə biznesi 

Elektromobillərimizi günəş enerjisi ilə şarj etmək bizə nə qazandıracaq?

Arda Gülər kimdir? – 9 yaşında oynamağa başlayıb, 19 yaşında ulduz olan futbolçu

“Microsoft”-la bağlı qlobal texniki nasazlıq Pentaqona təsir etməyib

Birinci Qarabağ müharibəsinin şəhidi İbrahim Vəliyev İmişlidə dəfn edilib - Yenilənib

Fələstin bütün ölkələri İsraillə münasibətlərə yenidən baxmağa çağırıb

Ən çox oxunanalar