Bazar ertəsi, 20 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xızıda “Yaşma Quşçuluq” MMC-nin əməkdaşı iş yoldaşını qətlə yetirib - Yenilənib

Prokurorluq Xızıda baş verən qətllə bağlı məlumat yayıb.

Xızı rayon prokurorluğundan verilən məlumata görə, noyabrın 3-ü saat 09 radələrində Xızı rayonu ərazisində yerləşən “Yaşma Quşçuluq” MMC-nin ətraf mühafizəsində işləyən 1999-cu il təvəllüdlü Sərxan Mirzəbabayevin bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Həyata keçirilmiş istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, zərərçəkmişin iş yoldaşı, onunla eyni vəzifədə işləyən 1998-ci il təvəllüdlü Şəhriyar Salahlı şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Sərxan Mirzəbabayevin döş qəfəsinin ön səthinin sol yarısına bıçaqla bir neçə xəsarət yetirərək onu qəsdən öldürüb.

Faktla bağlı Xızı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Şəhriyar Salahlı şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd olunub ki, Baş Prokuror Kamran Əliyevin 20 oktyabr 2021-ci il tarixli əmri ilə Rahim Səfəralıyev Xızı rayon prokuroru vəzifəsinə təyin edilib.

***

Xızı rayonunda qətl hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Xızı rayonunda yerləşən “Yaşma Quşçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətində baş verib. Belə ki, orada mühafizəçi işləyən Sumqayıt şəhər sakini, 1999-cu il təvəllüdlü Mirzəbabayev Sərxan Oktay oğlu aralarında düşən mübahisə zəminində iş yoldaşı tərəfindən bıçaqlanıb. S. Mirzəbabayev aldığı bıçaq xəsarətlərindən dünyasını dəyişib. Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib. Qətli törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

İran mətbuatı: Prezident Rəisi helikopter qəzasında həlak olub...

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Ərəstun Oruclu: İranın daxilində müəyyən siyasi narahatlıqlar olacaq...

Reuters: Rəisinin helikopteri qəza nəticəsində tamamilə yanıb

Faciəvi şəkildə həlak olan İran rəsmilərinin dosyesi

Qızıl Aypara: Rəisinin helikopterinin qəzaya uğradığı yerdə sağ qalan tapılmayıb

Təyyarə və helikopter qəzasında ölən dünya liderləri - Siyahı

İbrahim Rəisinin ölümü Xameneyinin oğlunun mövqelərini gücləndirib

Ən çox oxunanalar