Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Lifttəmir” İstehsalat Birliyində nöqsanlar aşkarlanıb

Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib...

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə müşavirədə bir sıra məsələlərə, o cümlədən şəhərdə aparılan quruculuq və yaşıllaşdırma işləri, əsaslı təmir aparılan parklarda görülən işlərin vəziyyəti və digər məsələlər müzakirə edilib, işlərin sürətləndirilməsi ilə bağlı təsərrüfat xidmətləri rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Müşavirədə verilən tapşırıqların icra vəziyyəti, xüsusilə paytaxtın lift təsərrüfatının vəziyyəti ilə bağlı Bakı şəhər “Lifttəmir” İstehsalat Birliyində aparılan yoxlamaların nəticələri müzakirə edilib. Aparılan araşdırmalar zamanı bir sıra nöqsanlar aşkarlanıb.

Belə ki, çoxmərtəbəli yaşayış binalarının əksəriyyətində liftə aid xidməti otaqların bəzilərinin sakinlər tərəfindən zəbt edilməsi, bəzilərində qapıların olmaması, istismar müddəti bitmiş bir sıra liftlərin kabinalarının qeyri-qənaətbəxş olması və s. müəyyən edilib.
Eyni zamanda qeyd edilib ki, paytaxtda liftlərlə bağlı vəziyyət yaxşılığa döğru irəliləyib və mövcud nöqsanların ən qısa zamanda aradan qaldırılması ilə bağlı Bakı Şəhər “Lifttəmir” İstehsalat Birliyinin direktoru Xalid Ələkbərova və Bakı Şəhər Mənzil Kommunal-Təsərrüfatı Departamentinin rəisi Rəfail Mehralıyevə müvafiq tapşırq verilib.

Müşavirədə həmçinin şəhər parklarının və istirahət guşələrinin abadlaşdırılmasının carı vəziyyəti təhlil edilib, vəziyyətin qənaətbəxş olduğu qeyd olunub və bu istiqamətdə də işlərin gücləndirilməsi ilə bağlı müvafiq təsərrüfat strukturlarına tapşırıq verilib.

Poliqon.info

 


Etiket: BŞİH Lifttəmir


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin iki müavini vəzifəsindən azad edilib

Prezident İlham Əliyev  Nərimanov parkının açılışında iştirak edib - Yenilənib

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Ərəstun Oruclu: Təxminən bir aydan sonra ABŞ-da siyasi gündəm tamamilə fərqli olacaq...

Politoloq: İran rejimi həmişəki kimi öz ampulasındadır...

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

Bakıda avtobusda qadınlar əlbəyaxa davaya çıxdı - Video

Ağdamda Birinci Qarabağ müharibəsinin şəhidi Məmməd Mirzəyev dəfn edilib - Yenilənib

Ən çox oxunanalar