Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xiaomi gələn il 3 qatlana bilən smartfon təqdim edəcək

Son illərdə istehsalçılar qatlana bilən ekrana sahib bir sıra cihazların patentlərini əldə ediblər. Lakin patenti alınmış həmin cihazlardan heç də hamısı nəticədə satışa çıxmadı.

Yaxın zamanda qatlana bilən ekrana sahib smartfonların istehsalı ilə məşğul olan şirkətlər sırasına Xiaomi də qatılacaq. Bu barədə məşhur insayder Ross Young danışıb. İnsayderin verdiyi məlumata əsasən 2021-ci ildə Xiaomi 3 ədəd qatlana bilən smartfon təqdim edəcək. Birinci smartfonun konstruksiyası Huawei Mate Xs-i xatırladacaq və onun ekranı xarici istiqamətə qatlanacaq.

İkinci smartfon Galaxy Fold-u xatırladacaq və qatlanmış vəziyyətdə əsas ekran xarici təsirlərdən örtülü şəkildə qalacaq. Üçüncü smartfona gəldikdə isə o, qatlana bilən Motorola RAZR-ı xatırladacaq. İnsayder bu smartfonların texniki özəlliklərini və dəqiq təqdimat tarixlərini açıqlamayıb. Qeyd etmək lazımdır ki, internetdə artıq dəfələrlə Xiaomi şirkətinin qatlana bilən smartfon patentləri ortaya çıxıb. Lakin şirkət özü bu barədə hələ rəsmi bir anons etməyib. Qatlana bilən Xiaomi smartfonlarının güman olunan satış qiymətləri də məlum deyil.

pia.az 


Etiket: Xiaomi


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

"Bakı marafonu 2023"ün qalibi: Hər şey mənim üçün asan oldu

Ən çox oxunanalar