Bazar ertəsi, 27 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Alen Simon: İrəvanın rəsmi Bakı ilə prinsipial fikir ayrılığı yoxdur...

Ermənistan parlamentinin sədri Alen Simonyan Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqlarını şərh edib...

“Biz hər şeyi aydınlaşdırırıq ki, sabah heç kim bu maddələri özü bildiyi kimi şərh edə biləməsin”.

Poliqon xəbər verir ki, bunu Ermənistan Parlamentinin spikeri Alen Simonyan bu gün jurnalistlərlə söhbətində bildirib.

“Beynəlxalq normalar tam şəkildə təsbit olunub, bu da bizim yanaşmalarımızdır. Bütün məsələlərdə ziddiyyətlər varsa, erməni tərəfi onları rədd edir. Bunun sübutu odur ki, müqavilə on iki dəfə qarşı tərəfə geri göndərilib. Bəs niyə? Çünki onlar öz təkliflərini göndərirlər, biz də deyirik: Yox, bizim təkliflərimiz budur. Ona görə də proses ləngiyir”, deyə parlament sədri bildirib.

Simonya tərəflər arasında əsas fikir ayrılığının nədən ibarət olduğuna da aydınlıq gətirib:

“Heç bir prinsipial fikir ayrılığı yoxdur, biz məqamları bir-bir keçirik, yəni bu məqamlara çatırıq, müzakirə edirik. Proses bu cür gedir, beynəlxalq prinsiplərin əsasında və bir-bir...”.

“Baxın, bəzi ölkələr və bəzi siyasətçilər 9 noyabr bəyanatı ilə bağlı fərqli şərhlər ortaya qoyurdular. Bu hamımız üçün yaxşı dərs oldu. İndi artıq elə edirik ki, hər bir ifadə hər iki tərəfə aydın olsun. Biz hər şeyi aydınlaşdırırıq ki, sabah heç kim bu maddələri özü bildiyi kimi şərh edə biləməsin”, deyə Alen Simonyan əlavə edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda üç zavod satışa çıxarıldı - Qiymətlər

Prezident və birinci xanım “Crescent Mall” ticarət mərkəzinin açılışında iştirak ediblər - Yenilənib

Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib

Deputatdan müəllimlərin əməkhaqları ilə bağlı mühüm təklif

Ermənistanda Rusiyapərəst hakimiyyət yaranarsa, Cənubi Qafqazda balans necə dəyişə bilər?

Azərbaycanda ən yaşlı qadın və kişi seçicinin adı açıqlanıb 

Çin XİN Zelenskinin Siyə çağırışına cavab verib

İmişlidə ağır cinayət - atasının qətlini sifariş etməkdə şübhəli bilinən şəxs tutuldu        

Ən çox oxunanalar