Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Le Pen: Makron öz eqosu, şəxsi imici üçün Ukraynaya əsgər göndərmək istəyir...

Fransa Milli Cəbhə Partiyasının lideri, ifrat sağçı Marin Le Pen bildirib ki, prezident Emmanuel Makron mütəmadi olaraq Ukraynaya Qərb qoşunlarının "öz nəfsi naminə" göndərilməsi və imicinin yaxşılaşdırılması mövzusuna toxunur...

Poliqon xəbər verir ki, bu barədə BFMTV yazıb.

"Müharibə bir ölkənin, onun xalqının başına gələ biləcək ən pis şeydir. Emmanuel Makronun Ukraynaya qoşun yeritmək mövzusuna tez-tez toxunmasına heyranam. O, öz eqosu, şəxsi imici üçün əsgər göndərmək istəyir. Mən deyirəm ki, biz əsgərlərimizin həyatı ilə oynamamalıyıq", deyə Le Pen bildirib.

Parlament fraksiyasının rəhbəri Ukraynadakı münaqişənin Fransanın müharibəsi olmadığı bildirib. O, Ukraynanın Avropa İttifaqı və NATO-ya qəbul edilməsinin əleyhinə olduğunu deyib. Bu kontekstdə Le Pen qeyd edib ki, həmçinin Fransa prezidentinin nüvə potensialını Avropa İttifaqı ölkələri ilə bölüşməyə hazır olması ilə bağlı bəyanatlarının qəti əleyhinədir:

"Mən təkcə Fransanın nüvə silahlarının paylaşılmasının əleyhinə deyiləm, həm də konstitusiyaya nüvə çəkindirici vasitəmizi paylaşa bilməyəcəyimiz haqqında müddəanın daxil edilməsini istəyirəm".

Makron fevralın 26-da bildirib ki, Parisdə 20-yə yaxın Qərb ölkəsinin nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə Qərb dövlətlərinin quru qoşunlarının Ukraynaya mümkün göndərilməsi mövzusu qaldırılıb. Onun sözlərinə görə, iştirakçılar bu məsələdə konsensus əldə etməyiblər, lakin gələcəkdə belə bir ssenarinin olmasını da istisna etmək olmaz. Konfransdan sonra iclasda iştirak edən əksər ölkələrin nümayəndələri Ukraynaya qoşun yeritməyi planlaşdırmadıqlarını bəyan ediblər.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər gününə həsr olunmuş konsert proqramı keçirilib

Yeni Hərbi Hava Qüvvələrinə komandan təyin olunan şəxs kimdir? - Dosye

Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - Foto

Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - Yenilənib 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər - Foto, Yenilənib

Ancelina Colinin iki sevgilisinin olduğu üzə çıxdı - Onlar kimlərdir?

Rusiya üzərində qələbə qeyri-mümkündür - Radev

Şamaxıda dəm qazı 63 yaşlı qadını öldürüb

İmtahana hazırlaşanların nəzərinə: Günün bu saatları dərs oxusanız, beyin...

Ən çox oxunanalar