İsrail ordusu planlaşdırılmış hücumdan əvvəl fələstinliləri Qəzza zolağının şərqindəki Rəfahı boşaltmağa çağırmağa başlayıb...
Poliqon xəbər verir ki, bu barədə “Times of Israel” qəzeti məlumat yayıb. Nəşr xəbər verir ki, İsrail ordusu Qəzza zolağının cənubundakı bölgəyə planlaşdırılan hücumdan əvvəl fələstinliləri İsrail sərhədi yaxınlığında yerləşən Rəfahın şərq məhəllələrini boşaltmağa çağırmağa başlayıb.
Xəbərdə qeyd edilir ki, İsrail hərbiçiləri mülki əhalini Əl-Məvasi və Xan Yunis ərazilərindəki genişləndirilmiş humanitar zonaya köçməyə çağırırlar.
Poliqon.info