Bazar, 07 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Belə təssurat yaranır ki, DYP öz fəaliyyətini əsasən cərimə yazmaq üzərində qurub?..

Hər gün səhər tezdən işə tələsən insanlar DYP-nin fəaliyyəti səbəbindən işə gecikir və bu üzdəndə onların maaşlarından tutulmalar olur. Açığı bildirək ki, DYP-nin pik saatlarında yolları tənzimləməyə çalışması onların əsas faəliyyət istiqamətlərindən birirdir. Amma söhbət ondan gedir ki, doğrudanmı DYP yollardakı sıxlığı tənzimləməyə çalışır, yoxsa bu vəziyyətdən yararlanır?

Məsələ ondadır ki, misal üçün, səhər tezdən aeroport yolundan H.Əliyev prospektinə keçid nöqtəsində nəqliyyatın sıxlığını tənzimləyən polis “Koroğlu” dairəsində və digər bir neçə nöqtədə, o cümlədən köməkçi yolları bağlayaraq “Qara Qarayev” metrosu ətrafındakı bir neçə əsas yolda kilometrlərə tıxacın yaranmasına səbəb olur və bu txaclar yüngül ifadə etsək, DYP polislərini heç maraqlandırmır. Onlara görə yalnız aeroport yolundan yolundan H.Əliyev prospektinə doğru maşınlar şütüməlidir və maraqlı məsələrdən biri də odur ki, DYP rəhbərliyi tərəfindən sıravi polislətin qarşısına qoyulan vəzifə də bundan ibarətdir. Eyni vəziyyət bir çox istiqamətlərdə hər gün yaşanır və açığı bu vəziyyətdə sürücülər öz “müsibətlərini” yaşayırlar. ƏslindəDYP-nin bu fəaliyyəti yol tənzimləmək deyil, yollarda tıxac yaratmaq kimi ortaya çıxır...

Bu səbədən hər gün minlərlə, bəlkədə on milərlə insan işə gecikir və buna görə ayın sonunda onların maaşından köklü miqdarda tutulmalar olur

Sıravi vətəndaşa qarşı bu vəziyyətdən DYP polisləri də öz mənfəətləri üçün yararlanırlar. Çünki yaranan tıxaclarda adətən bir neçə ekipaj “pusqu”da dayanır və tələsdikləri üçün yol hərəkəti qaydalarını pozaraq qoşa xəttdən geri dönən sürücüləri cərimələyirlər. Hər gün səhər tezdən bütün istiqamətlərdə yüzlərlə belə hadisələr baş verir. İşə tələsən vətəndaş sadəcə iki tərəfli cərimə ilə üzbəüz qalır və DYP-dən aldığı cərimə vətəndaş üçün daha ağır olur. Ona görə də vətəndaş yarım saat, bəlkə də daha çox işə gecikməni gözə alaraq tıxacda gözləməyə məcbur qalır. Halbuki qarşı yol boş olur və bu saatlarda istisna olaraq DYP sürücülərə geri dönmək hüququ tanıya bilər...

Bu arada DYP polislərinin yazdıqları hər cərimədən faiz almaları polisləri açıq şəkildə vətəndaşalırı cərimələməyə sövq edir. Bu qərarın hansı məqsədlə verildiyini deyə bilməsək də (ilk dövrlərdə bu qərarın rüşvətin qarşısını almaq üçün verildiyi iddia olunurdu), qeyd etməliyik ki, məhz bu qərar faktiki olaraq DYP-ni cərimə qurumu kimi ortaya çıxarır. Çünki 60 manat cərimədən 20-25 manat faiz alan polis işçisi gündə mümkün qədər daha çox cərimə yazmağa çalışır ki, bu da təbii görünür. Yəni cərimə yazmaq sıravi polis üçün heç də pis əlavə gəlir mənbəyi deyil və bu da DYP-nin fəaiyyətini cərimə yazmağa yönəldən əsas faktordur. Ona görə də bu absurd qərar sadəcə ləğv olunmalıdır...

Faktiki olaraq vətəndaş bu gün DYP-nin “yol tənzimləmə” fəaliyyəti nəticəsində bir neçə tərəfdən problem yaşamaqdaır.

1. Polisin yolu bağlaması nəticəsində tıxacda qalan vətəndaşlar vaxt itkisi ilə üzləşir, əsəb və stress keçirirlər;
2. İşə gecikdiklərinə görə cərimə olunurlar;
3. Əsəbləri dözməyib geri dönən sürücülər DYP tərəfindən cərimələnirlər.

P. S. Qeyd edək ki, dövlət tədbirləri və bir sıra başqa səbələrdən yolların bağlanması mümkündür və başa düşüləndir. Lakin bu halda belə sürücünü geri dönməsi üçün imkan varsa, ona bu imkan verilməlidir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vahid Əhmədovun prokuror oğlu işdən azad edildi

İranın yeni prezidenti kimdir? - “Atam da, anam da türkdür” demişdi

Bu şəxslər metro və avtobusdan pulsuz istifadə edə bilər – Siyahı

İranın yeni seçilmiş Prezidenti siyasi rəqiblərinə müraciət edib

O icazə versə, deputatlığa namizəd olacam - Fəzail Ağamalı

Bakıdakı məşhur məktəbdə yoxlama - Direktor işdən çıxarıldı

Xalq artistindən çağırış: Siz Allah, lütlənməyin, soyunmaq müasirlik deyil

Xalq artisti açıq havada konsert verdi, geyimi gündəm oldu - Video

Şuşada TDT-nin Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçirilib - Yenilənib

86 nəfərin deputatlığa namizədliyi irəli sürülüb, 10 nəfərin namizədliyi təsdiqlənib

Ən çox oxunanalar