Çərşənbə axşamı, 28 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya kəşfiyyatı ABŞ-ın Zelenskini əvəzləməyi düşündüyü siyasətçilərin adlarını açıqlayıb - İddia

ABŞ hakimiyyəti Ukrayna prezidenti postunda Volodimir Zelenskiyə alternativ axtarışdadır...

Poliqon xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosu məlumat verib.

Onlar həmçinin hesab edirlər ki, Ukrayna prezidenti öz vətəndaşlarının "ağlı və ürəyi" uğrunda mübarizəni uduzmağa başlayır:

"ABŞ Ukrayna prezidentinə alternativ tapmaq üçün öz səylərini gücləndirib. Onlar Kiyevin meri Vitali Kliçko və Avropa Həmrəyliyi Partiyasının lideri Pyotr Poroşenko ilə əlaqə yaradıblar. Həmçinin, Ali Radanın keçmiş sədri Dmitri Razumkov və Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı ilə də gizli iş aparılır".

Kəşfiyyatdan bildirilib ki, cəbhədə vəziyyətin pisləşməsi ilə əlaqədar Ukrayna rəhbərliyinin təcili dəyişdirilməsi zərurəti yaranarsa, sadalanan şəxslər Amerika Birləşmiş Ştatları üçün tələb oluna bilər.

"O zaman onlardan birini seçmək və bütün uğursuzluqları Zelenskinin üzərinə yıxmaq mümkün olacaq. Belə bir vəziyyətdə ABŞ və müttəfiqləri Ukraynanın hazırkı prezidentinin əleyhdarlarını təmkinli olmağa və qərbyönümlü siyasətin uğursuzluğuna görə Ukrayna sakinləri arasında məyusluğun kəskin artmasının qarşısını almağa çağırır", deyə qeyd edilib.

Hələlik ABŞ və Ukrayna Rusiyanın bu iddiasına münasibət bildirməyib.

Aprelin sonunda Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski cəbhədə vəziyyətin pisləşdiyini bildirib. Onun sözlərinə görə, Rusiya ordusu qüvvə və vasitələrdə əhəmiyyətli üstünlük yaradaraq, əsas səylərini bir neçə istiqamətdə cəmləyib.

Mayın 20-də Zelenskinin səlahiyyət müddəti başa çatacaq, lakin hərbi vəziyyətə görə ölkədə seçkilər olmayacaq. Ukrayna lideri prezidentlik müddətinin başa çatmasını genişmiqyaslı kadr dəyişikliyi ilə qeyd edib. Yanvar ayında ordu rəhbərliyini yenilədikdən sonra o, öz administrasiyasında təmizləmə aparıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda üç zavod satışa çıxarıldı - Qiymətlər

Prezident və birinci xanım “Crescent Mall” ticarət mərkəzinin açılışında iştirak ediblər - Yenilənib

Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib

Deputatdan müəllimlərin əməkhaqları ilə bağlı mühüm təklif

Azərbaycanda ən yaşlı qadın və kişi seçicinin adı açıqlanıb 

Ermənistanda Rusiyapərəst hakimiyyət yaranarsa, Cənubi Qafqazda balans necə dəyişə bilər?

Çin XİN Zelenskinin Siyə çağırışına cavab verib

İmişlidə ağır cinayət - atasının qətlini sifariş etməkdə şübhəli bilinən şəxs tutuldu        

Ən çox oxunanalar