Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xəzərin səviyyəsi barədə proqnozlar özünü doğrultmur - Foto

Xəzər dənizi qapalı hövzə olduğundan burada periodik olaraq səviyyə dəyişmələri baş verir. Lakin Xəzərin unikal əlamətlərindən biri də ondan ibarətdir ki, bunun səbəbləri indiyədək alimlər tərəfindən tam və birmənalı qiymətləndirilmir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttar-zadə Yenisabah.az-a bildirib ki, Xəzər dənizinin səviyyəsinin dəyişməsində başlıca amil onun hövzəsinin iqlimi hesab olunur və səviyyə tərəddüdləri əsasən onun su balansı elementlərindən, yəni onu qidalandıran çaylardan və düşən yağıntının miqdarından, həmçinin buxarlanmadan asılıdır.

“Çoxillik məlumatların təhlili göstərir ki, Xəzər dənizinin səviyyəsi -20 və -34 metr arasında dəyişib. 1977-ci ildə dənizin səviyyəsi XX əsrdə müşahidə olunmuş ən aşağı həddə çataraq -29 metrə qədər azalıb. Lakin 1977-1995-ci illər ərzində suyun səviyyəsi 2,5 metr artaraq -26,5 metrə çatıb. 1995-ci ildən dəniz səviyyəsində yenidən azalma müşahidə olunmağa başlayıb. Ən gözəçarpan azalma (1 metrə yaxın) 2006-2015-ci illərdə baş verib. 2015-2017-ci illərdə səviyyə qismən stabilləşsə də, yenidən enməyə başlayıb”.

Nazirliyin rəsmisinin sözlərinə görə dəniz səviyyəsinin dinamikası barədə uzunmüddətli proqnoz vermək mümkün deyil. Çünki bugünədək hazırlanmış uzunmüddətli səviyyə proqnozlarının heç biri özünü doğrultmayıb.

Xəzərin səviyyəsinin bir çox amillərdən asılı olduğunu nəzərə alsaq, həmin amillərin dəyişməsinin dəqiq proqnozu, ssenarisi olmalıdır. Səviyyə tərəddüdünə gətirib çıxaran amillərdə kifayət qədər qeyri-müəyyənliklər olduğuna görə, məncə belə bir uzunmüddətli proqnoza skeptik yanaşmaq lazımdır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Xankəndidə İqtisadi məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

Çempionlar Liqası: "Qarabağ"ın II təsnifat mərhələsindəki rəqibi dəqiqləşib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Azərbaycanda dəhşət: Bir il əvvəl itkin düşən şəxs sevgilisi ilə birlikdə intihar edibmiş

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Ən çox oxunanalar