Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Xəzərdə aparılan tədqiqatlar flora və faunasına mənfi təsir göstərir” – ETSN



Beş Xəzəryani ölkələrin də Xəzər dənizinin çirklənməsində payı var


Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühit üzrə Milli Monitorinq Departamentinin əməkdaşı Mirsalam Qəmbərov bildirib.

Onun sözlərinə görə, Xəzər dənizini ən çox çirkləndirici axar Volqa çayıdır: “Xəzər dənizinin çirklənməsinin səbəbləri müxtəlifdir. Xəzərə istiqamətlənmiş su axarlarının gətirdiyi zərərli maddələr, istirahət edən insanların yaratdığı ekoloji yük dənizi çirkləndirir. İnsanlar istirahət qaydalarının tələblərinə riayət etməlidirlər”.

Nazirlik rəsmisi deyib ki, Xəzər dənizi yalnız qeyd olunan mənbələrlə çirklənməyə məruz qalmır: “Xəzər dənizinə bu gün böyük sənaye potensiallı layihələr də təsir edir. Neft, karbohidrogen amili bu gün dənizin çirklənməsinə istər-istəməz təsir göstərir. Hər hansı blokun işlənilməsindən əvvəl orada müəyyən seysmoloji işlər və digər tədqiqatlar aparılır. Bütün bu işlər də Xəzər dənizinin flora və faunasına mənfi təsir göstərir”.

M.Qəmbərov bildirib ki, Xəzər dənizinin sahil zolağının çirklənməsinin qarşısını almaq üçün nazirlik tərəfindən su axarlarının tərkibindəki çirkləndirici maddələrin idarəolunması istiqamətində tədbirlər görülür.

M.Qəmbərov əlavə edib ki, “Azərsu” ASC tərəfindən Bakı şəhərinin və ətraf ərazilərində Xəzər dənizinin sahil zolağında tam standartlara cavab verən mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsinin qurulmasını nəzərdə tutan genişmiqyaslı layihə işlənib başa çatdırılır: “Bu layihənin icrası başa çatdıqdan sonra tullantı sularının cüzi hissəsi də dənizin üzünü görməyəcək. Bununla yanaşı, yağış sularının idarə olunması üçün kollektor sisteminin qurulması həmin layihənin tərkib hissəsidir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Notariusların fəaliyyəti ilə bağlı yeni tələblər müəyyənləşib

Azərbaycanda iki teatrın adı dəyişdirilir: İşçilərinin maaşı artacaq

Xalq artisti: "Toya gedən rəqqasə pula görə özünü alçaldır"

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

İran Prezidentinin helikopterində olan bütün cəsədlərin kimliyi müəyyən edilib

Ən çox oxunanalar