Çərşənbə, 29 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xəzər Universiteti “dünyanın ən yaxşıları” arasında

Xəzər Universiteti Azərbaycandan bütün sahələr üzrə yüksək nəticə göstərən tək universitetdir...

Aprelin 22-də “Times Higher Education” BMT-nin “Dayanıqlı İnkişaf Məqsədləri”nə əsaslanan, sosial və iqtisadi töhfələrinə görə fərqlənən ən yaxşı dünya universitetlərini müəyyən etmək məqsədilə “THE University Impact Rankings 2020” reytinq cədvəlini nəşr edib. Reytinqin ikinci nəşrinə 85 ölkədən 766 universitet daxil edilib.

Universitet reytinqləri 17 sahə üzrə ayrı-ayrılıqda müəyyənləşib. Xəzər Universiteti Azərbaycandan bütün sahələr üzrə yüksək nəticə göstərən tək universitetdir. Beləliklə, Xəzər Universiteti sahələrin 1-i üzrə 101-200-cü yerdə, 2-si üzrə 201+ yerdə, 3-ü üzrə 201-300-cü yerdə, 4-ü üzrə 301-400-cü yerdə, 2-si üzrə 301+ yerdə, 1-i üzrə 401-600-cü yerdə, 1-i üzrə isə 601+ yerdə qərarlaşmışıb.

Xəzər Universitetinin bu reytinq cədvəlinə daxil olması özlüyündə böyük nailiyyətdir. Belə ki, universitetin Dayanıqlı İnkişaf Məqsədlərinə dəstəyi təkcə tədris, tədqiqat və biliyin ötürülməsi ilə məhdudlaşmır, həmçinin onları Xəzər Universitetinin daxili qayda-qanunlarının ayrılmaz tərkib hissəsi edir.

BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri bütün ölkələrdə doğru iqtisadi və sosial davamlı inkişafa çatmaq üçün nəzərdə tutulmuş məqsədlərdir. Bunlar 2015-ci ildə daha yaxşı dünya yaratmağın yolunun əməkdaşlıqdan keçdiyini vurğulamaq məqsədilə BMT üzv ölkələri tərəfindən qəbul olunmuşdur.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Emil Alxaslını kim və niyə qoruyur? - “SOCAR Downstream Management” şirkətinin etdiyi özbaşınalıqlara “dur” deyən olacaq?..

Bu prospektdəki məşhur dairə ləğv edildi - Video

Rusiya hər tərəfdən mühasirəyə alınıb - Medvedev

Avropa İttifaqı Gürcüstanla bağlı bəyanat yayıb

Ağdamda mina partlayışı olub, ANAMA əməkdaşının ayağı amputasiya edilib - Yenilənib

Prezident və birinci xanım Xocalıda 15 çoxmənzilli binada təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar - Yenilənib

Erməni katolikosu "Sardarapat" memorial kompleksinə buraxılmadı

İspaniyanın ardınca daha iki dövlət Fələstini rəsmən tanıdı

Putin: Ukrayna ilə bağlı danışıqları İstanbulda qoyulmuş əsasda davam etdirməyə hazırıq

Azərbaycan boksçusundan Banqkokda növbəti qələbə

Ən çox oxunanalar