Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna ordusu Krasnodara Qərb silahları ilə zərbələr endirib

Ukrayna silahlı qüvvələri bir neçə dəfə Rusiya ərazisinə zərbələr endirmək üçün Qərbin təchiz etdiyi silahlardan istifadə edib...

Poliqon xəbər verir ki, bu barədə France Press Agentliyi məlumat yayıb. AFP-nin bir neçə mənbəyə istinadən verdiyi xəbərə görə, sonuncu dəfə Ukrayna Silahlı Qüvvələri müttəfiqlərinin silahları ilə Krasnodar yaxınlığındakı obyektlərə hücum edib. Agentlik hansı silahdan söhbət getdiyini dəqiqləşdirməyib.

Xatırladaq ki,bir gün əvvəl “Bild” nəşri mənbəyə istinadən yazıb ki, Ukrayna ən azı bir dəfə Qərb müttəfiqləri ilə Rusiyaya hücumların yolverilməzliyi ilə bağlı razılaşmanı pozub. Nəşrin məlumatına görə, Ukrayna Silahlı Qüvvələri Almaniyadan aldığı “Patriot” sistemindən istifadə edərək Rusiya ərazisinə hücum edib. Bild başqa təfərrüatları açıqlamayıb.

Qeyd edək ki, NATO-nun baş katibi Yens Stoltenberq mayın 25-də deyib ki, Ukrayna Rusiya ərazisini Qərb silahları ilə vurmaq hüququna malik olmalıdır. Fransa prezidenti Emmanuel Makron da Ukraynanın Rusiyaya Qərb silahları ilə zərbə endirməsinə icazə verilməsini müdafiə edib. Bu arada Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi mayın 28-də keçirdiyi brifinqdə ABŞ-ın hələ də Amerika silahlarının bu şəkildə istifadəsinə qarşı olduğunu bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

Xankəndidə İqtisadi məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

Çempionlar Liqası: "Qarabağ"ın II təsnifat mərhələsindəki rəqibi dəqiqləşib

Sabah Astara və Lənkəranın bəzi ərazilərində qazın verilişi dayandırılacaq

Ermənipərəst Menendes federal məhkəmə tərəfindən bütün maddələr üzrə təqsirli bilinib

Azərbaycanda dəhşət: Bir il əvvəl itkin düşən şəxs sevgilisi ilə birlikdə intihar edibmiş

Ən çox oxunanalar