Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Almaniya və Çexiya Aİ-ni Rusiya qaz və neftindən imtina etməyə çağırıb

Almaniya və Çexiya Avropa İttifaqı ölkələrini Rusiyadan qaz tədarükünü, həmçinin mayeləşdirilmiş təbii qaz (LNG), o cümlədən neft və nüvə yanacağının ixracını dayandırmaq yollarını müəyyən etmək üçün yüksək səviyyəli işçi qrupu yaratmağa çağırıb...

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi məlumat yayıb.

Almaniyanın iqtisadiyyat naziri Robert Habek və Çexiyanın ticarət naziri Yozef Sikelanın məktubunda Aİ ölkələrinə deyilir:

“Bizim enerji suverenliyimiz və təhlükəsizliyimiz naminə biz Rusiyadan qaz, neft və radioaktiv materialların idxalını sistemli şəkildə azaltmağa davam etməliyik”.

Məktub Belçikanın energetika naziri Tinne van der Stratenə göndərilib. Belçika 2024-cü ildən Aİ-yə sədrlik edir.

Mayın 22-də Reuters Agentliyi yazıb ki, Belçika, Almaniya və Fransa Avropa Komissiyasından Rusiyadan LNG idxalına qoyulan məhdudiyyətlərin Aİ ölkələrinin iqtisadiyyatına hansı ziyanı vura biləcəyini qiymətləndirməyi xahiş ediblər. Bundan bir qədər əvvəl Aİ 14-cü sanksiyalar paketinə Rusiyanın LNG tədarükünə qadağanın daxil edilməsini müzakirə edib. Rusiya Avropaya ABŞ-dan sonra ikinci ən böyük LNG tədarükçüsüdür.

“Euobserver” nəşri sənəd layihəsinə istinadən yazıb ki, tədarük qadağan edilməyəcək, lakin Aİ Avropa limanlarına Rusiyanın LNG-nin qeyri-Avropa ölkələrinə xidmət göstərməsini qadağan etmək və Rusiyaya qarşı sanksiyalardan yayınmağa kömək edən gəmilərin ölkəyə girişini məhdudlaşdırmaq niyyətindədir.

Aprel ayında “Kpler” portalının məlumatına görə, Rusiyadan ixrac edilən LNG-nin 46%-i Avropaya göndərilib.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır

Almaniya BMT Təhlükəsizlik Şurasına üzv seçilməyib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay