Çərşənbə axşamı, 18 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Daxili borclanmanın kəskin artması Azərbaycanda iqtisadi inkişaf üçün təhlükə yaradırmı?

Deputat Vahid Əhmədov Milli Məclisdə bildirib ki, Azərbaycanda daxili borclanmanın həcmi 15 milyarda yaxınlaşır...

İqtisadçı-ekspert: “Daxili və xarici borclanmanın artmasının əsas səbəbi xərclərin artmasıdır. Ölkənin bir çox istiqamətlərdə icra etməki olduğu proseslər vardır ki, bu da kifayət qədər maliyyə vəsaitləri tələb edir”.

“Hazırda Azərbaycanın daxili və xarici borcunun səviyyəsinə baxmış olsaq, görərik ki, kifayət qədər qanedici vəziyyətdir”.

Bu sözləri iqtisadçı-ekspert Eldəniz Əmirov Azərbaycanda daxili borclanmanın artma səbəblərini Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, Vahid Əhmədov Milli Məclisdə bildirib ki, Azərbaycanda daxili borclanma 15 milyarda yaxınlaşır. Deputat qeyd edib ki, bir müddət əvvəl bu rəqəm 4 milyard olsa da, hazırda sürətlə artır.

Daxili borclanma sürətlə artmasının Azərbaycan iqtisadiyyatın inkişafına, xüsusən qeyri-neft sektoruna hansı təsirləri ola bilər və ümumiyyətlə daxili borclanmanı artıran hansı səbəblərdir?

Mövzunu Poliqon-un əməkdaşı iqtisadçı-ekspert Eldəniz Əmirov ilə müzakirə edib.

Eldəniz Əmirov: “İşğaldan azad olunan ərazilərdə yenidənqurma bərpa olunma işlərinin aparılması, ölkənin milli təhlükəsizlik məsələləri, o cümlədən də digər cari xərclərin artırılması nəticə etibarilə bu tip borclanmanı hazırkı dönəm üçün gündəmə gətirib”.

Dövlətin ümumi xarici borcunun 5.5 milyard dollar olduğunu xatırladan ekspert qeyd edib ki, bu da dünya ölkələri arasında kifayət qədər yaxşı vəziyyətin olduğunu deməyə əsas verir:

“Ümumiyyətlə, son günlər həm daxili, həm də xarici borclanmanın artması ilə bağlı müzakirələr gedir. Bu istiqamətdə müəyyən konkret addımlar atılıb və qərarlar da qəbul edilib. Daxili və xarici borclanmanın artmasının əsas səbəbi xərclərin artmasıdır. Ölkənin bir çox istiqamətlərdə icra etməki olduğu proseslər vardır ki, bu da kifayət qədər maliyyə vəsaitləri tələb edir.

Hazırda Azərbaycanın daxili və xarici borcunun səviyyəsinə baxmış olsaq, görərik ki, kifayət qədər qanedici vəziyyətdir. Yəni həm daxili borc səviyyəsi, həm də xarici dövlət borcunun səviyyəsi ümumi daxili məhsula nisbətdə kifayət qədər yaxşı göstəriciyə malikdir. Belə ki, 5.5 milyard dollarlıq dövlətin ümumi xarici borcu var. Bu da dünya ölkələri arasında kifayət qədər yaxşı vəziyyətin olduğunu deməyə əsas verir.

İşğaldan azad olunan ərazilərdə yenidənqurma bərpa olunma işlərinin aparılması, ölkənin milli təhlükəsizlik məsələləri, o cümlədən də digər cari xərclərin artırılması nəticə etibarilə bu tip borclanmanı hazırkı dönəm üçün gündəmə gətirib”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aİ-yə daxil olmayan 9 ölkə İrana qarşı sanksiyalara qoşulub

Ceyhun Bayramov və Hakan Fidan TDT-nin Şuşa zirvəsinə hazırlığı müzakirə ediblər

50 yaşa çatmadan ölən azərbaycanlı jurnalistlər

Azərbaycanda vəzifəli şəxsin üzərinə benzin tökdülər

Azərbaycanın əmək haqqı üzrə dünya reytinqindəki yeri açıqlanıb

Bakıdakı dəhşətli qəzanın anbaan görüntüləri

AVRO-2024: Türkiyə və Portuqaliya milliləri mübarizəyə start verir

Bakıda “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” qlobal sammiti işə başlayıb

Ötən gün 38 kq-a yaxın narkotik vasitə aşkar olunaraq götürülüb

Ən çox oxunanalar