Bazar, 23 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Polşa ABŞ-dan uzaqmənzilli raketlər alır

Polşa ABŞ-dan 735 milyon ABŞ dollarına döyüş təyyarələri üçün JASSM-ER hava-yer raketləri alacaq...

Poliqon xəbər verir ki, bu bu məlumatı “Polskie Radio”ya Polşa Müdafiə Nazirliyinin mətbuat xidmətindən veriblər. Əməliyyatın məbləği 735 milyon dollar təşkil edəcək.

Müvafiq müqaviləni artıq Polşa Müdafiə Nazirliyinin rəhbəri Vladislav Kosiniyak-Kamış imzalayıb. Mətbuat xidməti bəyan edib ki, uzaqmənzilli raketlərin alınması Polşa ordusunda bu tip silahların ehtiyatının artırılması zərurətindən irəli gəlir.

“Ukraynadakı münaqişə cəbhə xəttindən çox uzaqda olan hədəfləri vurmağın nə qədər vacib olduğunu göstərdi”, deyə məlumatda bildirilir.

Xatırladaq ki, JASSM-ER raketləri 1000 km-ə yaxın uçuş məsafəsinə malikdir. Çatdırılmaların 2026-cı ildə başlanması planlaşdırılır. Tədarükü 2030-cu ildə başa çatdırmaq istəyirlər.

Qeyd edilir ki, Polşa son illər hücum silahlarının alışını əhəmiyyətli dərəcədə artırıb. Güman edilir ki, Varşava Ukraynanın ehtimal məğlubiyyəti üzərindən silahlanmanı sürətləndirir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İyulun 1-dən kommunal xidmətlərin qiymətləri artacaq

Deputatlar növbədənkənar parlament seçkisində seçilməsələr, nə edəcəklər?

Putinin Şimali Koreya səfəri bu ölkənin "ürəyinə qurd saldı"

Azərbaycanda "WhatsApp"da yayılan səs yazısı ilə bağlı rəsmi açıqlama

Milli Məclisin iyunun 25-də keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb

Avropa futbolunun ən yaxşı hücumçularının adları açıqlanıb

Şirvanda dövlət qulluqçularının peşə bayramı qeyd edilib - Fotolar 

İyulun əvvəlində MİQ imtahanları keçiriləcək - Rəsmi

Prezident İlham Əliyev “Euronews”a müsahibə verib

Ən çox oxunanalar