Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: Tramp ABŞ-ın uzunmüddətli strateji hədəflərini dəyişdirə bilməz...

ABŞ-da keçiriləcək prezident seçkisində rəqiblər bəllidir...

Samir Hümbətov: “Trampın qalib gəlməsi, ABŞ-ın uzunmüddətli strateji hədəflərinin dəyişdiriləcəyi anlamına gəlmir. Çünki buna Trampın gücü çata bilməz”.

“Trampın hakimiyyətə gəlməsi tam olaraq ABŞ cəmiyyətini parçalayacaqmı? Bunun özü belə sual altındadır”.

Bu sözləri politoloq Samir Hümbətov ABŞ-da gözlənilən prezident seçkilərini Poliqon-a şərh edərkən qeyd edib.

ABŞ-da bu ilin noyabr ayında keçiriləcək prezident seçkisində rəqiblər bəllidir. Bu Ağ Evin hazırki sahibi Cozef Bayden və keçmiş prezident Donald Trampdır və əslində bu seçkilər 2020-ci ilin revanşıdır. O da məlumdur ki, son on illikdə ABŞ-da siyasət həddindən artıq gərginləşib və cəmiyyətin də parçalanması açıq şəkildə görünür.

Amerikada siyasətin gərginləşməsinin əsas səbəbkarı olan Tramp seçkilərdə qalib gələrsə, ABŞ-ın gələcəyi necə görünür?

Mövzunu Poliqon-un əməkdaşı Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, politoloq Samir Hümbətov ilə müzakirə edib.

Samir Hümbətov: “Tram yox başqa bir şəxs də olsa, ABŞ-ın həyatı önəm daşıyan xarici siyasət strategiyasını dəyişməyə gücü çatmaz”.

ABŞ-ın dərin ənənələrə sahib olan dövlət olduğunu nəzərə çatdıran politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, ABŞ-ın siyasətini müəyyən edən beyin mərkəzləri artıq ölkənin uzunmüddətli strateji hədəflərini işləyib hazırlayıblar və təqdim ediblər. Yəni bu artıq təsdiqlənmiş bir prosesdir:

“Tramp seçkidə qalib gələ bilər. Bu mümkün haldır. Amma Trampın qalib gəlməsi, ABŞ-ın uzunmüddətli strateji hədəflərinin dəyişdiriləcəyi anlamına gəlmir. Çünki buna Trampın gücü çata bilməz. İndiki məqamda tarixi təcrübəyə baxanda görərik ki, 2016-2020-ci illərdə, yəni Trampın prezidentliyi dövründə o ABŞ dərin dövlətinə zidd bir neçə addım atdı. Buna görə də, prezident ola-ola Trampı oyundan kənarda saxladılar. Bunu da bir neçə məsələ ilə izah etmək olar.

Birincisi, həmin dövrə baxsaq görəcəyik ki, Ağ Evin dövlət katibliyində günlük brifinqlər belə tam olaraq keçirilmirdi. Trampın addımları ilə Ağ Evin brifinqləri üst-üstə düşmürdü.

İkincisi, Tramp daha çox sosial media üzərinə yönəlmişdi. Xüsusilə, Tramp daha çox twitterin üzərinə fokuslanmışdı. Demək olar ki, ABŞ cəmiyyətinə, öz tərəfdaşlarına, ümumiyyətlə beynəlxalq mediayaya, siyasətə mesajları onun üzərindən göndərirdi.

Samir Hümbətov: “Hətta, prezidentlər sözə qulaq asmasalar və ABŞ üçün qoyulan xətti tapdalasalar, bu zaman düşünmürəm ki, bunu hansısa prezidentə bağışlayarlar”.

Digər tərəfdən isə, Trampın hakimiyyətə gəlməsi tam olaraq ABŞ cəmiyyətini parçalayacaqmı? Bunun özü belə sual altındadır. Düzdür, bu gün ştatlar arası münasibətlərdə gərginlik var. Amma bu yekunda ABŞ-ın ümumi siyasətini dəyişəcəyi anlamına gəldiyini düşünmürəm. Səbəb də məlumdur. ABŞ dərin dövlədir və ABŞ-ın siyasətini müəyyən edən beyin mərkəzləri artıq ölkənin uzunmüddətli strateji hədəflərini işləyib hazırlayıblar və təqdim ediblər. Yəni bu artıq təsdiqlənmiş bir prosesdir. Tram yox başqa bir şəxs də olsa, ABŞ-ın həyatı önəm daşıyan xarici siyasət strategiyasını dəyişməyə gücü çatmaz.

Bayden də bu prosesi aparır, Tramp da gəlsə, o da bu prosesi aparacaq. Əgər əməl etməyəcəklərsə, tarixdə ABŞ prezidentlərinə qarşı sui-qəsdlərin olmasını görmüşük. Hətta, prezidentlər sözə qulaq asmasalar və ABŞ üçün qoyulan xətti tapdalasalar, bu zaman düşünmürəm ki, bunu hansısa prezidentə bağışlayarlar”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana səfərə gəlib - Foto

Ayın dərinliyində nə baş verir? - Məşhur iddia təsdiqləndi

İspaniya - Almaniya görüşünün ən yaxşı futbolçusu açıqlanıb

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentlərinin Şuşada qeyri-rəsmi naharı olub

İranın yeni prezidenti kimdir? - “Atam da, anam da türkdür” demişdi

Vahid Əhmədovun prokuror oğlu işdən azad edildi

İranın yeni seçilmiş Prezidenti siyasi rəqiblərinə müraciət edib

O icazə versə, deputatlığa namizəd olacam - Fəzail Ağamalı

Ən çox oxunanalar