Bazar, 07 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xəyal Vasilyev Azərbaycan Miqrasiya Xidmətini yalanda ittiham edib

Azərbaycanlı Xəyal Vasilyev Azərbaycan Miqrasiya Xidmətini yalanda, onu sənədləri, evi, qohumları və pulunun olmadığı Rusiyaya göndərməkdə ittiham edib

Bütün bunlara o, Azərbaycanda, Sumqayıtda sahib olub. On yaşında ikən qohumları onu Rusiyada yaşadığı uşaq evindən gətirdikdən sonra 10 il Sumqayıtda yaşayıb. Bundan əlavə, Azərbaycandan deportasiya olunmuş Xəyal Vasilyev şikayət edib ki, Azərbaycan Miqrasiya Xidmətinin əməkdaşları onu Rusiyaya əşyasız göndəriblər və indi soyuq ölkədə geyinməyə heç nəyi yoxdur.

Xəyal Vasilyev “Kavkazskiy uzel”in müxbirinə bildirib ki, onu ölkədən çıxaran, faktiki olaraq aldadan, onun oxuyub-yaza bilməməsindən istifadə edən azərbaycanlılardan çox inciyib. "Mən acıqlıyam və incimişəm”.

Azərbaycanda məni bibim kimi sevən qohumlarım var. Nənə və babamın evində yaşayışım var. Yaşamaq üçün işim vardı. İndi heç bir şeyim yoxdur.

Hüquq müdafiəçilərinin köməyi nə qədər olacaq, bilmirəm. Onlara minnətdaram. Bu köməyə görə təşəkkür edirəm. Ancaq bundan sonra Rusiyanın daxili pasportu ilə nə edəcəyimi bilmirəm. Və bu, mənim nəyimə lazımdır. Mən evə, Azərbaycana getmək istəyirəm", - o deyib.

Turan Rusiyada doğulmuş, atası azərbaycanlı və anası rus olan gəncin başına gələnləri Rusiyalılar Xəyalın qohumlarından və DMX rəhbərliyindən daha humanist çıxdılar məqaləsində dərc edib.

Dekabrın sonunda Dövlət Miqrasiya Xidməti (DMX) Rusiya vətəndaşı Xəyal Elşad oğlu Vasilyevi (2003-cü ildə anadan olub) Azərbaycandan deportasiya edib. Polis Vasilyevi saxlayıb, onu DMX-nın müvəqqəti saxlanma təcridxanasına verib, DMX isə azərbaycanlını beş il ərzində geri qayıtmaq hüququ olmadan ölkədən deportasiya edib.

Vasilyevin bibisi Natəvan Ağayeva danışıb ki, gəncin atası onun doğma qardaşıdır. Vasilyevin babası və nənəsinin – onun valideynlərinin - ölümündən sonra ona qayğı göstərib. "Oğlanın atası 90-cı illərdə SSRİ pasportu ilə Azərbaycanı tərk edib. SSRİ-nin süqutundan sonra sənədlərinin və Rusiya ərazisində qalmağa icazənin olmadığına görə Rusiyada saxlanılıb. Onunla heç bir əlaqə yoxdur. O vaxtdan geri qayıtmayıb. Bildiyimiz qədərilə, ağır cinayətə görə həbsdədir. Heç kim Xəyalın Rusiya ərazisində anadan olmuş etnik azərbaycanlı olduğunu aydınlaşdırmaq istəmir. Niyə o, başqa ölkədə yaşamalıdır? Rusiya vətəndaşlığı uşağın öz valideynlərinə görə düşdüyü vəziyyətlə əlaqədar bir təsadüfdür.

Biz onun ailəsi olaraq, nə qədər çalışsaq da, onun sənədlərini hazırlamaq çətin oldu, çünki haqqında məlumat yox idi, sənədlər Rusiyada idi Məsələn, genetik müayinə və qardaşımın Xəyal üzərində atalığının müəyyən edilməsi barədə məhkəmə qərarı", - o  deyib.

O, Azərbaycanın Rusiyadakı səfirliyinə müraciət etmək niyyətindədir ki, onun əməkdaşları Xəyalın Azərbaycana qayıtmasına kömək etsinlər. "Bizim Konstitusiyada deyilir ki, uşaq valideynlərindən birinin vətəndaşı olduğu ölkənin vətəndaşlığını seçə bilər. Atası azərbaycanlıdır. Anasını heç vaxt tanımayıb, anası da onu tanımaq istəməyib. Faktiki olaraq anası yoxdur. Onu Rusiya ilə nə bağlayır? Heç nə!"- Xəyalın bibisi qeyd edib.

Hazırda o, Xəyalın 20 illik həyatının 10 ilini Azərbaycanda yaşadığını, bundan əvvəl isə Rusiyada beş il atası ilə, beş il isə uşaq evində yaşadığını təsdiq edən sənədləri toplayır, - “Kavkazskiy uzel” bildirib. (Turan.az)

Poliqon.info 


Etiket: Xəyal Vasilyev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu şəxslər metro və avtobusdan pulsuz istifadə edə bilər – Siyahı

Xalq artistindən çağırış: Siz Allah, lütlənməyin, soyunmaq müasirlik deyil

HƏMAS İsraillə atəşkəsə ilkin razılıq verdi

Ördək, yoxsa dovşan: Bu psixoloji test bütün sirlərinizi açacaq

KİV: Ermənistanı Gürcüstanla birləşdirən körpü Azərbaycana qaytarılacaq

Macarıstanın Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Emil ilk dəfə yeni doğulan qızının üzünü göstərdi - Foto

Şuşada Prezident İlham Əliyevin adından TDT-nin dövlət və hökumət başçılarının şərəfinə nahar verilib

Barış Akarsunun 17 ildən sonra ortaya çıxan son görüntüsü gündəm oldu - Video

Ən çox oxunanalar