Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xətaidə hasarlanan ərazidə “ASAN Xidmət” mərkəzi tikiləcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağacların qorunub saxlanması üçün məcburi göstəriş verib

Bakının Xətai rayonu Gəncə prospekti ilə Neapol küçələrinin kəsişməsində, Ukrayna dairəsinin yaxınlığında hasara alınmış ərazidə ağcların kəsilmək təhlükəsinin olması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) daxil olan müraciət Nazirliyin əməkdaşları tərəfindən araşdırılıb.

ETSN-nin Mətbuat xidmətindən “Report”a verilən məlumatda bildirilib ki, araşdırma zamanı hasara alınmış ərazinin bir hissəsində Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamına əsasən, “ASAN Xidmət” mərkəzinin tikintisi aparılacağı müəyyən olunub.

“Hasara alınmış sahədə ağac kəsintisi faktı qeydə alınmayıb. Ərazidəki 18 Eldar şamı, 37 sərv, 5 yulğun kolunun qeydiyyatı aparılaraq qulluq göstərilməsi, qorunub saxlanılması və bir neçə qurumuş ağacın yenisi ilə əvəzlənməsi məqsədilə Xətai Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə məcburi göstəriş verilib”, – deyə məlumatda qeyd olunub.

Yaşıllıqların qorunması istiqamətində göstərdikləri həssas münasibətə və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlığa görə nazirlik ictimaiyyət nümayəndələrinə təşəkkürünü bildirib.


pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib qanını tökdü

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Qəbələdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - Yenilənib

Ən çox oxunanalar