Bazar ertəsi, 08 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xavyer Miley: Avtokratlar və kommunistlərlə əməkdaşlıq etməyəcəm...

Argentinanın seçilmiş prezidenti avtokratlar və kommunistlərlə əməkdaşlıq etməyəcəyini bəyan edib...

Poliqon xəbər verir ki, Argentinanın yeni seçilmiş prezidenti Xavyer Miley çərşənbə axşamı deyib ki, o, "liberal demokratları" beynəlxalq arenada Argentinanın tərəfdaşları kimi görür.

"Mən həmişə azadlığı, sülhü müdafiə edənlərin və liberal demokratiyaya inananların tərəfində olacağam. Mən avtoritar rejimlərin və kommunistlərin yanında olmayacağam", deyə yeni seçilən prezident Argentinanın LN+ telekanalına müsahibəsində deyib. Seçilmiş prezident hansı ölkələrdən danışdığını dəqiqləşdirməyib.

Miley həmçinin qeyd edib ki, o, Venesuela prezidenti Nikolas] Maduronun diktaturasını pisləyir və Venesuela liderinin ona ünvanladığı sözləri yersiz adlandırıb. Qeyd edək ki, Maduro Argentinada keçirilən prezident seçkilərində “ultrasağçı neofaşizmin” qalib gəldiyini bildirib.

Noyabrın 19-da Argentinada prezident seçkilərinin ikinci turu keçirilib. Sağçı “Azadlıq gəlir” koalisiyası tərəfindən namizədliyi irəli sürülən Libertar deputat iqtisadiyyat naziri Sergio Massanı məğlub edib.

Seçki kampaniyası zamanı Miley bu dövlətlərin siyasətləri ilə razılaşmadığı üçün Braziliya, Çin və Rusiya ilə dövlətlərarası əlaqələri inkişaf etdirmək niyyətində olmadığını bildirsə də, eyni zamanda, özəl bizneslərin bu ölkələrlə biznes qurmasına mane olmayacağını bəyan edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vilayət Eyvazov qətlə yetirilən zabitin vida mərasimində - Foto

Ərdoğandan Türkiyə millisinə dəstək - Fotolar

Britaniyanın yeni naziri ilk səfərini bu ölkəyə etdi

QMİ Məhərrəm ayı ilə bağlı - Müraciət etdi

Dənizdə batan qadını xilas edərkən özü boğuldu

Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçirilib - Yenilənib

“Müharibə Rusiya dağılanda dayanacaq” - Qritsak

Bakıda axtarışda olan şəxs tərəfindən öldürülən polis kapitanı dəfn edilib

Ukrayna Rusiyada silah anbarına vurdu - Əhali köçürülür - Video  

Qətlə yetirilən polislə bağlı - Baş Prokurorluqdan açıqlama

Ən çox oxunanalar