Çərşənbə axşamı, 27 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xatun: "Bu, 45 ilin sənətkarına rəvadır?"

"İnanın mənə bu xəbəri görəndə nə qədər məyus oldum, onu bir Allah bilir. O boytda dahi, hörmətli sənətkarımıza bu formada, rəsmən işgəncə verirdi. Elə bil düşməndir, yerə yıxıb amansızca zərbələr endirirdi. Hələ qıraqdan baxan, biganə "insancıqlar"... Belə də Allahdan, dindən, müsəlmançılıqdan danışırıq, baxın, o videoda harada gördünüz insanlığı?". Axşam.az xəbər verir ki, bunu müğənni Xatun Əliyeva Xalq artisti Ağadadaş Ağayevin dava edərkən yayılan videosuna münasibət bildirərkən yazıb. O, sənətçiyə qarşı edilən hərəkəti qınayıb:

3 il Ağadadaş müəllimin yanında çalışmışam. O hər zaman ali cənab, yüksək mədəniyyətli, ağıllı, savadlı, insanlara ehtiyatla yanaşan, çox dəyərli, sevilən insan olub. 45 ilin sənətkarına bu rəvadır? Elə bil hamı onun məhvinə imza atıb.

Gələk indi o qafilə, amansız, vəhşi insana... Siz aydın aşkar görmürsünüz ki, bu hərəkətləri edən biri sənətkara qanına toxunan elə söz-ifadələr işlədib ki, Ağadadaş müəllim də ağrısına, acısına, xəstəliyinə rəğmən bir kişi xeylağı olaraq aydınlaşdırmağa gəlib. Bu namərd də elə bil gücünü sınıyır, rinqə çıxıb, erməni döyür. Kişini döyməyi bəs deyil, bir də gedib "işverənlik" də edib, polisə ərizə yazır. Həm günahkar, həm güclü.

Bütün məşhurlara səslənirəm, heç nədən baxın, belə bir hadisə baş verdi. Hər hansımıza bu hörmətsizlik oluna bilər. Ağadadaş müəllim elə-belə sənətkar deyil. Səhhətinə, xəstəliyinə, 45 illik sənətkarlığına acımıyanlar bizə nələr edərlər. Bu gün haqq səsimizi ucaltmalıyıq, unutmuyun ki, gözü dönmüş paxıl, tərbiyəsiz, gerizəkalı insan sən haqlı ikən haqsız duruma salıb bax belə ifşa edər!

Başqa millətlər itlərini övəndə, biz aslanımızı nə günə qoyduq. Ağadadaş müəllim, sizi çox sevirəm, siz mənim ən sevdiyim sənətkarsınız, dəyərlisiz, çox kədərliyəm, heç yerə-göyə sığmıram. Keçmiş olsun. Məşhurlar bir olaq, unutmayaq ki, hər yerdə kamera və namərdlər var".

Qeyd edək ki, məsələ ilə bağlı cinayət işi açılıb. Münaqişə tərəfləri — N.Cəlilov və A.Ağayev cinayət məsuliyyətinə cəlb edilib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Rəqibindən Nəsiman Yaqublunun faciəvi ölümünə reaksiya

Kardioloq ürək üçün ən təhlükəli 7 vərdişi açıqlayıb

BQXK Azərbaycanda saxlanılan Qarabağ separatçılarına baş çəkib

Pavel Durov Hüseyn Həsənovla səhər yeməyi yeyib

Bakıda yataqxanada baş verən yanğın zamanı 5 nəfər təxliyə olunub - Yenilənib

Makron Durovun saxlanılmasına münasibət bildirdi

Pakistan sıxılmış qaz almaq üçün Rusiya ilə danışıqlar aparır

Ən çox oxunanalar