Çərşənbə axşamı, 20 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xarkovda köməksiz qalan yaralı azərbaycanlılarla bağlı XİN-dən açıqlama - Yenilənib, Foto

“Xarkovda yaralı vətəndaşlarımızla bağlı məlumatımız var”.

Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva deyib.

Onun sözlərinə görə, hələlik onların təxliyəsi mümkün deyil:

“Yaralı vəziyyətdə insanların təxliyəsi mümkün deyil və həyati risk məsələsi var. Onlar birinci növbədə sağalmalıdırlar ki, sonrakı mərhələdə təxliyə prosesinə baxılsın. Onların bu cür təxliyəsində böyük risk var. Xahiş olunur ki, onlar səbirlə müalicələrini başa çatdırsınlar”.

***

Masallı rayon Ərkivan kənd sakini 1980-ci il təvəllüdlü Bayramov Yusif və Masallı rayon Hışqədərə kənd sakini 1982-ci il təvəllüdlü Tahirov Samir Ukraynanın Xarkov şəhərində güllə yarası alıblar və hazırda şəraiti olmayan xəstəxanadadırlar. Onların vəziyyəti çox acınacaqlıdır. Vətənə qayıtmaq üçün kömək istəyirlər.

Bu barədə Bakupost.az-a Yusif Bayramov danışıb.

Onun sözlərinə görə, hazırda qaldıqları xəstəxanada vəziyyət çox acınacaqlıdır:

“Fevralın 21-də biz böyük maşınla Moldovaya mal aparmışdıq. Yükü təhvil verəndən sonra Xarkova qayıtdıq. Orada yenidən maşına şirniyyat yükləyib Azərbaycana qayıtmalı idik. Həmin gün maşına heç bir şey yükləyə bilmədik, dedilər sabaha qaldı. Bir neçə saat sonra telefona mesaj gəldi ki, bəs sərhəddə atışmalar başlayıb. Mən növbəti gün Rusiya-Ukrayna sərhədinə doğru yol aldım. Həmin vaxt orada olan əsgərlər üstümüzə hücum etdilər, daha sonra maşını yoxladılar və dedilər ki, icazə yoxdur, sizi buraxa bilmərik.

Biz dedik ki, biz azərbaycanlıyıq və boş maşındır, icazə verin, gedək. Yenə də icazə vermədilər. İki gün sərhəddə qaldıq. Daha sonra bildirdilər ki, burada qalmağın mənası yoxdur, qayıdın, özünüzə yol axtarın. Fevralın 27-də biz geri qayıdarkən Xarkov körpüsünü keçmək istəyəndə atışma başladı. Həmin vaxt bir neçə maşını partlatdılar, amma biz çıxa bildik. Daha sonra bizi mühasirəyə aldılar və məcbur maşından yerə düşdük. Üç metr aralıdan məni qarın nahiyəmdən, Tahirov Samiri isə ayağından vurdular. Biz onlara dəfələrlə dedik ki, Azərbaycan vətəndaşıyıq və müharibəyə düşəcəyimizi bilmirdik. Amma heç kim bizi eşitmirdi. Vurandan sonra təcili yardım çağırıb bizi tibb məntəqəsinə göndərdilər”.

Y.Bayramovun sözlərinə görə, hazırda onlar tibb məntəqəsində çox ağır vəziyyətdədirlər:

“Hazırda Xarkovda 4 saylı təcili yardım məntəqəsində çox pis vəziyyətdəyik. Başa düşürük ki, müharibə şəraitidir, amma xahiş edirik, dövlətimiz, səfirliyimiz bizim səsimizi eşitsin. Hazırda güllə yaramız var və heç bir köməklik yoxdur. Artıq 10 gündən artıqdır biz buradayıq. Heç bir səfirliklə əlaqə saxlaya bilmirik. Dövlətimizdən xahiş edirik ki, bizi buradan çıxarsınlar. Hər yerdə atışma və güllə səsləri eşidilir”.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qardaşının hesabına Milli Məclisdə lövbər salan deputat...

Malik Həsənov Lotu Qulinin öldürüldüyü hoteli satıb?

Azərbaycan və Rusiya prezidentləri Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında olublar - Yenilənib

Deputatlığa namizəd Əlibala Məhərrəmzadənin bu çıxışı dindarları qəzəbləndirdi - Video

Bakının 8 rayonu və Abşeronda iki gün su olmayacaq

Maliyyəçi Elnur Rəhimovu “Bakı Tikiş Evi”ndən parlamentə kim və necə daşıyır?..

Deputatlığa namizədin Nyu-Yorkda milyonluq villası: Məşhur Məmmədovu ölkədə “məşhur” edən fakt - Video

Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib

Azərbaycan və Rusiya prezidentləri “Bakı Ağ Şəhər”də olublar

Ən çox oxunanalar