Çərşənbə axşamı, 20 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xarkov əhalisi təxliyyə olunur?..

Xarkov meri şəhər sakinlərinin təxliyəsi üçün planın mövcud olduğunu, lakin hal-hazırda buna ehtiyac olmadığını bildirib...

Poliqon xəbər verir ki, dünən Rusiya mətbuatında Ukraynanın Xarkov şəhərindən əhalinin təxliyyə olunması ilə bağlı məlumatl yayılıb. Buna cavab olaraq Xarkov meri İqor Terexov bildirib ki, şəhər hakimiyyətinin yerli sakinlər üçün təxliyə planı var, lakin indi buna ehtiyac yoxdur. Terexov vurğuladı ki, şəhərdə heç bir çaxnaşma yoxdur.

“Hesab edirəm ki, bu gün bununla bağlı vəziyyəti gərginləşdirməyə ehtiyac yoxdur. Biz Ukrayna Silahlı Qüvvələrinə inanırıq və hesab edirik ki, kütləvi evakuasiyadan danışmağa ehtiyac yoxdur”, deyə İqor Terexov Ukrayna telemarafonunun efirində deyib.

Terexovun sözlərinə görə, hazırda Xarkovda 1,3 milyona yaxın sakin var.

“Bu gün biz axın dalğasının olduğunu, insanların Xarkovdan qaçdığını görmürük. Belə bir şey olmur. İnsanlar sakit işləyir, işə gedir, alış-verişə gedir. Şəhərdə çaxnaşma yoxdur”, deyə mer əlavə edib.

Qeyd edək ki, aprelin 1-də İqor Terexov bildirib ki, Xarkovda demək olar ki, bütün kritik enerji infrastrukturu məhv edilib. Onun sözlərinə görə, bütün zədələnmiş obyektlərin bərpası üçün ən azı 10 milyard dollar tələb olunacaq.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Deputatlığa namizədin Nyu-Yorkda milyonluq villası: Məşhur Məmmədovu ölkədə “məşhur” edən fakt - Video

Azərbaycan və Rusiya prezidentləri Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında olublar - Yenilənib

Ən güclü antioksidant mənbəyi: Ürəyi gücləndirir, bağırsaqları təmizləyir

Şoltsdan Ukraynaya yardımın dayandırılmasına reaksiya

Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib

Leyla Əliyeva Şamaxıda tarixi abidələrdə aparılan işlərlə tanış olub

Azərbaycan və Rusiya prezidentləri “Bakı Ağ Şəhər”də olublar

Azərbaycan dünyada internetin sürətinə görə neçəncidir?

“Motivasiya spikeri” olan YAP-çının Qubadakı “ev tapşırığı”

Ən çox oxunanalar