Çərşənbə axşamı, 20 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Natiq Cəfərli: “Zəngəzur dəhlizi” problemi Rusiya ilə Ermənistan arasındadır...

Sergey Lavrov Azərbaycanla Ermənistan arasında nəqliyyat dəhlizlərinin açılmamasına görə Ermənistanı günahlandırdı...

ReAl-ın icraçı katibi: “Rusiya tərəfinin açıqlamalarında Ermənistan tərəfinin günahlandırılmasının bircə izahı var. Bu da “Zəngəzur dəhlizi” açılandan sonra oraya nəzarəti Rusiya öz əlində saxlamaq istəməsidir”.

“Problem o yollarda nəzarət mexanizminin qurulmasındır. Ermənistan oranı öz suveren ərazisi hesab edir və suverən ərazilərində özünün nəzarət mexanizmlərinin yaradılmasında maraqlıdır”.

Bu sözləri ReAl-ın icraçı katibi Natiq Cəfərli Rusiyanın xarici işlər nazirinin nəqliyyat dəhlizlərinin açılmamasına görə Ermənistanı günahlandırmasını Poliqon-a şərh edərkən qeyd edib.

Dünən Bakıda verdiyi açıqlamada Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanla Ermənistan arasında nəqliyyat dəhlizlərinin açılmamasına görə Ermənistanı və birbaşa Paşinyanı ittiham etdi. Bilirik ki, İranda Ermənistan qədər Azərbaycanla Ermənistan arasında nəqliyyat dəhlizlərinin açılmamasına mane olur.

Bəs, bu problemin həm də Rusiya ilə İran arasında müzakirə olunması da zərurətə çevrilmirmi?

Mövzunu Poliqon-un əməkdaşı ReAl-ın icraçı katibi Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: ““Zəngəzur dəhlizi” problemi Azərbaycanla Ermənistan arasında deyil, problem Rusiya ilə Ermənistan arasındadır”.

İranla bağlı məsələnin daha tez həll oluna biləcəyini düşünən Natiq Cəfərli Poliqon-a bildirib ki, İran artıq bu qarşıdurmadan istifadə etdi və Azərbaycan İran ərazisindən keçəcək infrastruktur layihələrini inşa edir. Bu da İrana ciddi dividend gətirəcək:

Rusiya tərəfinin açıqlamalarında Ermənistan tərəfinin günahlandırılmasının bircə izahı var. Bu da Zəngəzur dəhlizi açılandan sonra oraya nəzarəti Rusiya öz əlində saxlamaq istəməsidir. Ermənistan isə buna imkan vermir.

İkinci Qarabağ müharibəsi bizim möhtəşəm qələbəmizlə bitdikdən sonra mən dəfələrlə çıxışlarımda bildirmişəm ki, Zəngəzur dəhlizi problemi Azərbaycanla Ermənistan arasında deyil, problem Rusiya ilə Ermənistan arasındadır. Problem o yollarda nəzarət mexanizminin qurulmasındır. Ermənistan oranı öz suveren ərazisi hesab edir və suverən ərazilərində özünün nəzarət mexanizmlərinin yaradılmasında maraqlıdır.

Natiq Cəfərli: “Bu məsələ daha çox Rusiya ilə Ermənistan arasında olan problemdir”.

Rusiya da buna qarşı çıxır və Rusiya 10 noyabr bəyannaməsindəki bənddi də formal olaraq göstərərək, Zəngəzurdan keçəcək yollara Rusiyanın nəzarət etməli olduğunu söyləyir. Yəni əsas düyün oradadır.

Məncə, İranla bağlı məsələ daha tez həll oluna bilən məsələdir. Çünki İran artıq bu qarşıdurmadan istifadə etdi və Azərbaycan İran ərazisindən keçəcək infrastruktur layihələrini inşa edir. Bu da İrana ciddi dividend gətirəcək.

Buna görə də, bu məsələ daha çox Rusiya ilə Ermənistan arasında olan problemdir”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Deputatlığa namizədin Nyu-Yorkda milyonluq villası: Məşhur Məmmədovu ölkədə “məşhur” edən fakt - Video

Azərbaycan və Rusiya prezidentləri Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında olublar - Yenilənib

Ən güclü antioksidant mənbəyi: Ürəyi gücləndirir, bağırsaqları təmizləyir

Şoltsdan Ukraynaya yardımın dayandırılmasına reaksiya

Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib

Leyla Əliyeva Şamaxıda tarixi abidələrdə aparılan işlərlə tanış olub

Azərbaycan dünyada internetin sürətinə görə neçəncidir?

Azərbaycan və Rusiya prezidentləri “Bakı Ağ Şəhər”də olublar

“Motivasiya spikeri” olan YAP-çının Qubadakı “ev tapşırığı”

Ən çox oxunanalar