Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xarici banklardan 178 min dollar oğurlamış hakerlər Azərbaycanda saxlanıldı

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən yeni nəsil informasiya texnologiyalarından istifadə edilməklə törədilən kibercinayətlərlə mübarizə, onların qarşısının alınması və ifşa edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib

DİN-in mətbuat xidmətindən bildirilib ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə xüsusi kiberproqramlardan istifadə edilməklə xarici ölkələrdə yerləşən müxtəlif bankların müştərilərinin şəxsi hesablarına qanunsuz müdaxilə olunduğu, həmin hesablardan külli miqdarda pulun oğurlanaraq başqa kartlara transfer edildiyi və ölkəmizdə nağdlaşdırıldığı barədə məlumat daxil olub.

Baş İdarə əməkdaşları tərəfindən keçirilən xüsusi əməliyyat-axtarış və texniki tədbirlər nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Fuad Hüseynov və Mingəçevir şəhər sakini Şahin Əhmədli saxlanılıblar.

Araşdırma zamanı müəyyən edilib ki, F.Hüseynov və Ş.Əhmədli xarici ölkələrdə yerləşən bankların müştərilərinin bank kartlarından ümumilikdə 178.000 ABŞ dolları məbləğində pul vəsaitini qanunsuz olaraq öz şəxsi hesablarına köçürüblər. Bundan sonra pullar dəstə üzvləri tərəfindən nağdlaşdırılıb.

Baxış zamanı saxlanılan şəxslərin yaşadıqları mənzillərdən xüsusi haker proqramlarının yazıldığı noutbuklar, planşetlər, elektron sübutlar və iş üçün əhəmiyyət kəsb edən digər dəlillər müəyyən edilərək götürülüb. Həmin texniki avadanlıqlara baxış keçirilən zaman onların yaddaşlarından xarici ölkə vətəndaşlarına məxsus bank hesabları və kartların məlumatları da aşkar olunub.

Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Məktəb direktorunun müavininin qətli törətdikdən sonra meyiti basdırdığı ərazidən görüntülər

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Bakıda 15 yaşlı qız özünü binadan atdı: Hadisə yerindən görüntülər - Video

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Azərbaycanlı deputat ziyafətdə mahnı oxudu - Video

Zümrüd cin atına mindi: “Murdarsınız, sizə yazığım gəlir”

Ən çox oxunanalar