Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xankəndində istefa tələbləri... - Qarşıdurmanın Yeravandan Xankəndinə daşınması nələrdən xəbər verir?

Xankəndində qarşıdurmanın böyüməsi və toqquşmaların olmasına Rusiya sülhməramlıları seyrçi qalmasına ehtimal vermək olar...

Politoloq: “Ümumilikdə bu gün Xankəndində baş verənlər Nikol Paşinyanın seçkilərdə qalib gəlməsinə rəğmən siyasi hakimiyyətinin zəiflədilməsinə yönəlib”.

Ermənistanda keçirilən seçkilərdən sonra Xankəndində separatçıların rəhbəri Araik Arutunyanın istefası tələbi ilə keçirilən mitinqlərin arxasında “Qarabağ klanı” dayanıb. Xüsusilə Köçəryan öz siyasi varlığını sübut etmək istəyir”.

Bu sözləri politoloq İlyas Hüseynov Xankəndində separatçı qurumun rəhbəri Araik Arutunyanın istefası tələbi ilə mitinqlərə start verilməsini nəticələrini PİA.az-a şərh edərkən qeyd.

Ermənistanda keçirilən seçkilərdən həmən sonra Xankəndində separatçı qurumun rəhbəri Araik Arutunyanın istefası tələbi ilə mitinqlərə start verilib.

Xankəndində nələr baş verir və hazırda Arikin istefa tələbinin arxasında kimlər, ya da hansı güc dayanır? Qarşıdurmanın Yeravandan Xankəndinə daşınması nələrdən xəbər verir? Həmçinin Xankəndində qarşıdurmanın böyüməsi və toqquşmaların olmasına Rusiya sülhməramlıları seyrçi qalmasına ehtimal vermək olar və Azərbaycanın bu durumdan yararlanması mümündürmü?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq İlyas Hüseynov ilə müzakirə edib.

İlyas Hüseynov: “Hər halda ruslar nəzarət etdikləri ərazilərdə özlərinin razılığı olmadan “hakimiyyət” dəyişikliyinə imkan verməzlər və verməməlidirlər”.

Qarabağda baş verən proseslərin birbaşa olaraq Ermənistan siyasi hakimiyyətinin gələcəyi ilə bağlı olduğunu vurğulayan politoloq PİA.az-a bildirib ki, Köçəryanın B planının qarşısını almaq üçün Nikol Paşinyan özünün də dediyi kimi “qanunun diktaturasını” yaratmalı və formalaşdırdığı yeni kabinetin effektli fəaliyyəti ilə bu proseslərin dayandırılmasına çalışmalıdır:

Ermənistanda keçirilən seçkilərdən sonra Xankəndində separatçıların rəhbəri Araik Arutunyanın istefası tələbi ilə keçirilən mitinqlərin arxasında “Qarabağ klanı” dayanıb. Xüsusilə Köçəryan öz siyasi varlığını daha da gözə soxmaq məqsədi ilə bu addımları atır. Daha doğrusu Ermənistanda hakimiyyəti ələ keçirə bilməyən Köçəryan Dağlıq Qarabağda hakimiyyəti ələ keçirmək üçün B planını işə salıb. Onun Dağlıq Qarabağdakı əsas fiquru isə qondarma qurumun Təhlükəsizlik Şurasının sədri Vitali Balasanyandır.

Bu mitinq Köçəryanın hələ də Qarabağda mövqeyinin güclü olmasının göstəricisi kimi dəyərləndirilə bilər. Qeyd edim ki, Araik Arutyunyanın seçki zamanı Nikol Paşinyanın qərargahında görünməsi Xankəndində olan erməniləri narazı salıb və Arutyunyanın Paşinyana verdiyi dəstək onlar tərəfindən birmənalı qarşılanmayıb.

Xankəndində olan qarşıdurmanın böyüməsi Nikol Paşinyanın marağında deyil. Eyni zamanda nəzərə almaq lazımdır ki, bu ərazilər Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdir. Gələcəkdə ərazidə xalqla hüquq mühafizə orqanları arsında qarşıdurma yaranarsa, buna rus sülhməramlıları seyrçi qalmayacaqlar. Hər halda ruslar nəzarət etdikləri ərazilərdə özlərinin razılığı olmadan “hakimiyyət” dəyişikliyinə imkan verməzlər və verməməlidirlər.

Bildiyimiz kimi rus sülhməramlıları bölgədə 5 il müddətində yerləşdirilib. Eyni zamanda Rusiya sülhməramlıları Dağlıq Qarabağda nəzarət etdikləri ərazilərin asayişini də təmin edir. Həmçinin ağır şəraitdə yaşayan ermənilərin sosial təminat məslələri də qeyri-rəsmi olaraq rusların üzərinə düşüb. Ona görə də əgər bölgədə sülh təmin olunmayacaqsa, bu zaman sülhməramlılarının da gələcək fəaliyyəti sual altına qala bilər.

İlyas Hüseynov: “Onların əsas hədəfi Araik Arutyunyanın hakimiyyətdən getməsini təmin edərək Nikol Paşinyana qarşı “Qarabağ klanı”nın dirənişini təmin etməkdir”.

Ümumilikdə bu gün Xankəndində baş verənlər Nikol Paşinyanın seçkilərdə qalib gəlməsinə rəğmən siyasi hakimiyyətinin zəiflədilməsinə yönəlib. Bu Köçəryanın taktikasıdır. Köçəryan Dağlıq Qarabağda əldə etdiyi kozırlarla Yeravana təsir etmək istəyir. Bu proseslərdə isə Araik Arutyunyan hədəf kimi seçilib. Bu da Rusiya mediasında fəaliyyət göstərən və ermənipərəst qüvvələrdən çıxış edənlərin məsələni daha çox mediada qabartması fonunda həyata keçirilir.

44 günlük müharibədən sonra Aram Qabrielyanov Araik Arutyunyanın yerinə Vitali Balasyanın seçilməsi təqdirində müharibənin nəticələrinin bu cür olmayacağı ilə bağlı iddialar irəli sürmüşdü. Hazırda Vitali Balasyan seperatçılar arasında Təhlükəsizlik Şurasına rəhbərlik edir. Müharibədən sonra Arutyunyanın Balasyana bu vəzifəni verməsi daha çox onun özünün təhlükəsizliyinin və gələcəyinin təminatı baxımından önəmli idi. Buna görə də Arutyunyan bu addımı atdı.

Hazırkı durumda isə daha çox dağlıq Qarabağın erməni icma rəhbərləri və əhali arasında böyük nüfuza sahib olan şəxslər bütün bu söz-söhbətləri yayırlar. Onların əsas hədəfi Araik Arutyunyanın hakimiyyətdən getməsini təmin edərək Nikol Paşinyana qarşı “Qarabağ klanı”nın dirənişini təmin etməkdir. Bütün bunların qarşısını almaq üçün Nikol Paşinyan özünün də dediyi kimi “qanunun diktaturasını” yaratmalı və formalaşdırdığı yeni kabinetin effektli fəaliyyəti ilə bu proseslərin dayandırılmasına çalışmalıdır. Çünki Qarabağda baş verən proseslər birbaşa olaraq Ermənistan siyasi hakimiyyətinin gələcəyi ilə bağlıdır”.

Nərminə UMUDLU
pia.az


Etiket: Mitinq


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

Qardaşının hesabına Milli Məclisdə lövbər salan deputat...

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Malik Həsənov Lotu Qulinin öldürüldüyü hoteli satıb?

Bakının 8 rayonu və Abşeronda iki gün su olmayacaq

Deputatlığa namizəd Əlibala Məhərrəmzadənin bu çıxışı dindarları qəzəbləndirdi - Video

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Sevgi münasibətlərində birinci kim üzr istəməlidir? – Psixoloq danışdı

Maliyyəçi Elnur Rəhimovu “Bakı Tikiş Evi”ndən parlamentə kim və necə daşıyır?..

Ən çox oxunanalar