Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xalq artisti: “Qanmırlar, intellektual səviyyələri aşağıdır”

İnternet hazırda ən sürətli yayım vasitəsidir. İnternet üzərindən əlaqə qurulması, xüsusilə sosial şəbəkələr vasitəsilə məlumatlandırma və interaktivlik imkanı olduqca güclü və sürətlidir.

Günümüzdə ən çox müzakirə edilən mövzulardan biri də sosial media üzərindən şərəf və ləyaqətin alçaldılması, təhqir və böhtanlarla bağlıdır.

Bu halla məşhurlar daha çox rastlaşırlar. Onlara qarşı təhqir və böhtan adətən saxta hesab və profillər üzərindən edilir.

Bəs görəsən, müğənnillər bu kimi hallarla rastlaşdıqda nə edirlər?

Xalq artisti Gülyaz Məmmədova təhqir dolu şərh yazanların öz tərbiyəsini nümayiş etdirdiklərini bildirib:

“Bəzən olur ki, heç demədiyim sözü yanlış başlıqlarla yazıb, sosial şəbəkələrdə paylaşırlar. Sosial şəbəkələrdəki bəzi səhifələr bunu reytinq üçün edib, məşhurları təhqirlərlə üz-üzə qoyurlar. Əgər həmin reytinqdən gəlir əldə edirlərsə, o pulu balalarına necə yedirirlər? Bu, göz qabağında olan həqiqətdir, bəziləri başlığı qəsdən elə qoyub, şərhlərdə müğənniləri istifadəçilərə söydürürlər. Bununla həm günah qazanırlar, həm də qarşı tərəfə stress yaşadırlar, qarğış yiyəsi olurlar.

Mən belə şeylərə görə bir çox mətbuat orqanına açıqlama verməkdən imtina edirəm. Efirlərə çıxırıq, ağzımızdan çıxan bir kəlməni şişirdib sosial şəbəkələrdə paylaşırlar. Bunlar nəyə lazımdır axı? Paylaşımların altına təhqir yazanlar qanmırlar, intellektual səviyyələri aşağıdır. Özünüz düşünün, ağlı olan insan kimisə təhqir edərmi? Mən sizə nə etmişəm, nə səhv işimi görmüsünüz ki, bu qədər pis şərhlər yazırsınız? Bu çox pis bir şeydir, adam dəhşətə gəlir ki, Azərbaycan adı ilə bu cür sözlər yazmaq olarmı? O ada layiq yaşamaq lazımdır. Erməninin demədiyini özümüzünkülər deyir. Mənfur düşmənin etmədiyini öz xalqının sənətçisinə qarşı edirlər, ayıb deyilmi?

Hər müğənni özünə görə çıxış edir, hərənin öz səsi, öz sevəni var, kimin həddinədir təhqir etmək? Siz kimsiniz?! Allahdan üstünsünüz ki, ağzınıza gələni yazırsınız? Axı həmin məşhurların öz ailəsi, anası, bacısı, qohum-əqrəbası var, bunu onlar da görür. Özünüzü onların yerinə qoyursunuzmu? Belələrinə nə deyəsən? Sizin nə ixtiyarınız var ki, başqalarını durmadan təhqir edəsiniz? Hamısını Allaha tapşırmışam”.(Yenisabah.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

"Alov Qüllələri"ndəki görüntü gündəm oldu - Video

Putin bu gün Azərbaycana dövlət səfəri edəcək

Aysel Səfərli seçicilərlə görüşüb - Fotolar 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

Yasamalda 10 gündür çəkilən yeni zolaq sürücüləri çaşdırır - Video

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Sabirabadda ərindən şiddət gördüyü deyilən müəllimlə bağlı açıqlama

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Ən çox oxunanalar