Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vuçiç Qərbə meydan oxudu: Serb Respublikasına arxa çevirməyəcəyik...

Serbiya lideri Qərbin böyük təzyiqindən asılı olmayaraq, Serb Respublikasına lazım olan dəstəyi verməyə davam edəcəyini bildirib...

Serbiya heç vaxt Serb Respublikasına (Bosniya və Herseqovinada suveren ölkəni təşkil edən iki siyasi qurumlardan biri - ikincisi Bosniya və Herseqovina Federasiyasıdır) arxa çevirməyəcək.

Poliqon xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandar Vuçiç bildirib.

“Güclü xarici təzyiqlər nəticəsində yaranan çətin bir məqamda Serbiya Serb Respublikasına arxa çevirə bilməz, haqqı yoxdur, etməməlidir və etməyəcək. Nə olursa olsun, biz başa düşürük ki, Serbiyanın üzərinə əlavə yük düşür, amma biz geri çəkilməyəcəyik”, deyə Vuçiç bildirib.

Öz növbəsində, Serb Respublikası Prezidenti Milorad Dodik qeyd edib ki, serblərə əlavə təzyiqlər Qərb təbliğatı ilə həyata keçirilir və bu, digər şeylərlə yanaşı, Qərbi Balkanlar regionunda “Rusiyanın təsiri” və “pis serblər” haqqında fikirləri yayır.

İyulun sonlarında ABŞ administrasiyası Serb Respublikası rəhbərliyinin dörd üzvünə - Milli Assambleyanın (parlament) sədri Nenad Stevandiçə, baş nazir Radovan Viskoviçə, Bosniya və Herseqovina prezidentliyinin üzvü Zelka Çviyanoviçə və qurumun ədliyyə naziri Miloşkeloviçə sanksiya tətbiq edib. Onların hamısı, Bosniya və Herseqovina Konstitusiyasını pozmaqda ittiham olunur.

Serbiyanın Təhlükəsizlik İnformasiya Agentliyinin direktoru Aleksandar Vulin də ABŞ-ın “qara siyahısı”na düşüb. Vaşinqton iddia edir ki, bu addım ABŞ-ın “Qərbi Balkanlarda sülh və sabitlik bahasına öz siyasi gündəmlərini və şəxsi mənfəətlərini davam etdirənləri və Rusiyanın Serbiya və regionda bədxah fəaliyyətlərini inkişaf etdirənləri məsuliyyətə cəlb etmək” əzmini vurğulayır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olub - Yenilənib

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub -  Yenilənib

Prezident Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib - Yenilənib

Prezident “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib - Yenilənib

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana səfərə gəlib - Foto

Azərbaycan lideri Xankəndi Konqres Mərkəzinin təməlini qoyub -Yenilənib

Ayın dərinliyində nə baş verir? - Məşhur iddia təsdiqləndi

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şuşada gəziblər - Yenilənib

Ən çox oxunanalar