Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Volodimir Zelenskinin qərarı Gürcüstanla Ukrayna arasında gərginliyi artırıb

Postsovet məkanın iki dövləti - Gürcüstanla Ukrayna arasında münasibətlər gərginləşir...

“Report” xarici mediaya istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin Gürcüstanın “Georgian Airways” aviaşirkətinə və şəxsən şirkətin qurucusu Tamaz Qaişviliyə qarşı sanksiyalar tətbiq etmək barədə qərarı ikitərəfli münasibətlərə ciddi təsir edəcək addım kimi qarşılanıb.

Gürcü aviadaşıyıcılarının qarşı tərəfin qəzəbinə tuş gəlmələrinin səbəbi Tbilisinin öz maraqlarından çıxış edərək Rusiya ilə aviadaşımaları bərpa etməsidir. “Georgian Airways” aviaşirkətinin rəhbəri artıq hökumət qarşısında qarşı tərəfə cavab addımları atılmasını tələbi irəli sürüb. Onun sözlərinə görə, Rusiyaya Türkiyə, ərəb ölkələri, İsrail Azərbaycan, Ermənistan Asiya və Mərkəzi Asiya dövlətlərinin aviaşirkətləri uçuşlar həyata keçirir: “Lakin sanksiyalar altına “Georgian Airways” düşür və buna da cavab olmalıdır. Özü də Rusiya ilə aviauçuşların bərpası barədə qərarı məhz Gürcüstan hökuməti qəbul edib”.

Şirkət rəhbəri söyləyib ki, Kiyevin şəxsən ona qarşı qəbul etdiyi sanksiya qərarı siyasidir.

Qeyd edək ki, bir müddət əvvəl Gürcüstan Prezidenti Salome Zurabişvili də aviaşirkətin Rusiyaya uçuşları bərpa etmək barədə qərarına qarşı çıxıb. Şirkət də buna cavab olaraq dövlət başçısını boykot edib, təyyarələri ilə uçmağa qadağa qoyub.

Gürcüstan mediasında yer alan xəbərlərə görə, parlamentin sədri Şalva Papuaşvili gürcü aviaşirkətinə qarşı tətbiq olunan sanksiyaya cavab olaraq Kiyevi ölkəsinə qarşı saysız-hesabsız səhv addımlar atmaqda ittiham edib. Bura Tbilisinin cinayətkar hesab etdiyi baş prokurorun keçmiş müavini Zurab Adeişvili və daxili işlər nazirinin sabiq müavini Giya Lortkipanidzenin ekstradisiyasını həyata keçirməmək də daxildir. Kiyev nəinki onları təhvil verib, əksinə, hər iki şəxsi Ukraynada yüksək ali posta təyin edib. Gürcü tərəfinin başqa bir ittihamı da var - Kiyev eks-prezident Mixail Saakaşvilinin köməyi ilə Gürcüstanda dövlət çevrilişinə cəhddə günahlandırılır.

Beləliklə, indi hər kəsi bir sual düşündürür: Tbilisini cavab addımları necə olacaq? Adekvat sanksiya olacaqmı? Ehtimallara görə, Tbilisi bir müddət gözləyəcək.

Qeyd edək ki, Tbilisi Ukraynanın uzun illər etibarlı müttəfiqi kimi ad çıxarıb. Ukraynada V.Zelenski Prezident seçiləndən sonra bu münasibətlər güclənsə də, Ukraynaya Rusiya təcavüzündən sonra vəziyyət dəyişib.

Kiyev Gürcüstanı Rusiyaya qarşı sanksiyalara qoşulmamaqda, Ukraynada döyüşmək üçün könüllülərin göndərilməsinə mane olmaqda ittiham edir. Buna baxmayaraq, Ukrayna cəbhəsinə düşmək istəyənlərin sayı çoxdur, hətta Ukrayna Silahlı Qüvvələrinin tərkibində ayrıca gürcü batalyonu da fəaliyyət göstərir.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub -  Yenilənib

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana səfərə gəlib - Foto

İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib - Yenilənib

Ayın dərinliyində nə baş verir? - Məşhur iddia təsdiqləndi

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şuşada gəziblər - Yenilənib

Prezident Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak edib

İspaniya - Almaniya görüşünün ən yaxşı futbolçusu açıqlanıb

Ən çox oxunanalar