Bazar ertəsi, 08 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Virusun Gültəkin üzü

Son günlər sosial şəbəkələrdə Gültəkin Hacıbəylinin Qərb ölkələrinin hakimiyyət nümayəndələrinə, onların Bakıdakı səfirliklərinə, ABŞ Dövlət Departamentinə müraciət edərək onlardan ölkəmizə qarşı ciddi tədbirlərin görülməsinə çağırış etməsi məndə dərin hiddət və bir o qədər də nifrət yaratdı...

Məhz bu səbəbdən öz fikirlərimi Siz dəyərli oxucularla bölüşmək qərarına gəldim.

Bu qadın xarici ağalarını respublikamıza qarşı siyasi təzyiqlərin artırılmasına, viza verilməməsinə və sanksiyaların tətbiq edilməsinə səsləyir. Gültəkin Hacıbəylidən soruşmaq istəyirəm. Sən hansı missiyanı yerinə yetirirsən, kimlərin drijor çubuqları ilə hərəkət edirsən? Ən nəhayət, sənin məqsədin nədir, nəyə nail olmaq istəyirsən? Bu əməllərinin dövlətçiliyimiz üçün nə ilə nəticələnə biləcəyinin ciddiyətini dərk edirsənmi?

Xanım Hacıbəyliyə bir daha xatırlatmaq istəyirəm ki, bu cür müraciətlərin “bəhrəsini” biz yaxın keçmişdə Liviyanın, Suriyanın, Ukraynanın nümunəsində yaxşı görmüşük. XVlll – XlX əsrlərdə Fətəli xanlar, İbrahimxəlil xanlar, Mir Mustafa xanların timsalında bu müraciətlərin “faydasını” Azərbaycan xalqı da görmüşdür. Nəticədə dövlətçiliyimizi bir əsrə yaxın itirdik və yenidən əsarətə məhkum edildik.

Bəli son bir neçə aydır həyatimızın demək olar ki, bütün sahələrinə öz mənfi təsirini göstərən COVİD-19 infeksiyasının nə qədər təhlükəli və qorxulu bir virus olduğunu dərindən yaşadıq və hiss etdik. Lakin Gültəkin Hacıbəyli və onun kimi zehniyyət sahiblərinin respublikamıza, dövlətçiliyimizə qarşı apardıqları anti milli siyasətin koronavirus infeksiyasından daha təhlükəli olduğunun şahidi olduq. Dövlətimizin pandemiya ilə apardığı bu ağır, lakin uğurlu mübarizə şəraitində Hacıbəyli kimi fürsətcillərin, milli, dövləti və vətəni maraqları deyil, öz şəxsi və cılız ambisiyalarını düşünən dil pəhləvanlarının, söyüş makinalarının, xarici güclərin maşası olan kuklaların əsl siması daha aydın göründü.

Vaxtilə təmsil olunduğu siyasi hakimiyyətin ünvanına sosial media vasitəsilə olmazın hədyanlar yağdıran Hacıbəylini ümummilli deyil,yalnız şəxsi mənfəət və korporativ maraqlar düşündürür. Bunun bir adı var, siyasi simasızlıq!
Gültəkin Hacıbəyli nə zamansa ölkəmizin ən ağrılı problemi – Qarabağ məsələsini yorulmadan ölkəsini sikayət etdiyi, vətəni maraqları böyük həvəslə qeybət mövzusuna çevirdiyi əcnəbi diplomatlar,beynəlxalq təşkilatlar qarşısında qaldırıb, yoxsa biz görməmişik?

Xanım Hacıbəyli əgər bu qədər “ədalət carçısı”, “haqq və hüquq uğrunda fədakar vətənpərvər”dirsə nə üçün bu ağır pandemiya dövrundə min bir əzab əziyyətə qatlaşaraq keşiyimizdə duran, öz sağlamlıqlarını belə millətinin, vətəndaşının yolunda təhlükəyə atan, təcili yardım maşınlarından da öncə insanların köməyinə yetişən bu asayiş kesikçiləri haqqında bircə kəlmə belə yazmadı? Görəsən G.Hacıbəyli məlum Yasamal hadisəsi zamanı bir polis əməkdaşının vətəndaşa qarşı işlətdiyi arzuolunmaz ifadədən sonra Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən dərhal cəzalandırılaraq polis orqanlarından uzaqlaşdırılmasını nə üçün qeyd etmir? Deməli obyektivlikdən uzaq, ədalət anlayışı ilə örtüşməyən, hümanizm prinsipləri ilə əlaqəsi olmayan bir qərəz var. Xanım Hacıbəyli bu qədər demokratik, sivil və mərd mübarizənin tərəfdarı və təbliğatçısıdırsa, nə üçün xaricdə oturub ölkəmizin vəzifəli şəxslərinə, onların ailə üzvlərinin ünvanına yönəlik nəinki milli mentalitetimizə və ailə dəyərlərimizə, ümumiyyətlə heç bir insani anlayışa və davranışa siğmayan küçə söyuşləri ilə edilən təhqirlərə münasibət bildirmir, onlara bu cür vicdansızlığın yolverilməz olduğunu xatırlatmır? Budur Hacıbəyli və onun kimilərinin “ədalət” , “demokratiya”, “humanizm” anlayışı!

Milli Şura adlanan qurumda təmsil olunan, siyasi mədəniyyətdən uzaq, uğursuzluq sindromu ilə yaşayan, etika və əxlaq düşüncələri döşəmə səviyyəsindən yuxarı qalxmayan kəslərin iddiaları insanda təəccüb və bir o qədər də nifrət doğurur.

Könül Əfəndiyeva

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vilayət Eyvazov qətlə yetirilən zabitin vida mərasimində - Foto

Ərdoğandan Türkiyə millisinə dəstək - Fotolar

Britaniyanın yeni naziri ilk səfərini bu ölkəyə etdi

Dənizdə batan qadını xilas edərkən özü boğuldu

QMİ Məhərrəm ayı ilə bağlı - Müraciət etdi

Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçirilib - Yenilənib

“Müharibə Rusiya dağılanda dayanacaq” - Qritsak

Bakıda axtarışda olan şəxs tərəfindən öldürülən polis kapitanı dəfn edilib

Ukrayna Rusiyada silah anbarına vurdu - Əhali köçürülür - Video  

Qətlə yetirilən polislə bağlı - Baş Prokurorluqdan açıqlama

Ən çox oxunanalar