Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vilyam Hacıyevin topladığı milyonlar kimə çatacaqdı-  Sensasion iddia

İmişlinin sabiq icra başçısının mənimsədiyi pullar barədə maraqlı iddialar...

İcra başçılarının rüşvət üstündə yaxalanması getdikcə adi hala çevrilsə də, DTX əməliyyatları nəticəsində məmurların "ilişmə" prosesinin rəngarəngliyi-yəni, pulların verilməsi və qəbul olunması anları, görüntülərin müxtəif rakurslardan çəkilməsi, açığı deyək ki, həmişə xüsusi maraq oyadıb və cəmiyyət üçün göstərilən video kadrlarda pul əskinaslarının markaları, düzülüşü və işarələnməsi hər dəfə yenilik kimi qarşılanıb.

PİA.az xəbər verir ki, Moderator.az-ın yazdığına görə, İmişli icra hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin yaxalanması anı, onun saxlancığından çıxan səliqə ilə bükülmüş, yapışqanlanmış pul dağarcıqları əvvəlkilərdən həm həcmcə, həm də çox olması ilə fərqlənirdi. Ona görə cəmiyyətdə belə bir sual yaranırdı: bu icra baçcısı pulları niyə büküb saxlayıb? Adətən, Azərbaycandan oğurlanan pullar ya daxildə, ya xaricdə obyekt almağa sərf edilib. Son günlər İngiltərə Cinayət agentliyinə minnətdar olmalıyıq ki, Azərbaycan məmurlarının Londonda yatırdıqları milyonların kimlərə mənsub olduğunu açıqladı. Əcəba, bəlkə Vilyam Hacıyev də pul bağlamalarını Londona aparmaq niyyətində olub?

Hakimiyyətdəki yuxarı eşalona yaxın mənbələrdən birinin verdiyi məlumata görə V.Hacıyevin topladığı pullar yuxarılarda sözü keçən səlahiyyətli şəxslərdən birinə çatmalıymış. Hədiyyə kimi yox, bu milyonların əvəzində V.Hacıyevin Prezident Administrasiyasında yüksək posta təyin olunması gözlənilirmiş. Son anda bu niyyətdən xəbərdar olan yüksək vəzifəli şəxs bu “əməliyyat”ın qarşısını ala bilib...

Xatırlatmaq yerinə düşər ki, V.Hacıyevin ardınca Göy-göl rayon icra hakimiyyətinin başçısı da vəzifədən azad edildi. Mənbənin məlumatına görə əslən Göy-göl rayonundan olan V.Hacıyev o rayonun baççısı Arif Seyidovu da bu işə qoşubmuş. O Arif Seyidovdan da vəsait toplayıb ki, daha yüksək vəzifəyə gedir, əvəzində yerinə 14 il Göy-göl rayonuna başçılıq etmiş Arif Seyidovu gətirir, Göy-göl rayonunun icra başçısının yerinə isə özlərinə yaxın yeni bir şəxsin təyinat almasına çalışırlar. DTX əməliyyatı isə bütün bu planları alt-üst edir...

Mənbə V.Hacıyevin həbsinə qərar verən məhkəmə prosesi bitəndən sonra, çıxışda V.Hacıyevin yaxınlarına müraciət edərək “Narahat olmayın, tezliklə haqq-ədalət öz yerini tutacaq” deməsi havayı deyil. V.Hacıyevin bu mesajı daha çox başqasına ünvanladığı barədə həqiqətə yaxın söz-söhbətlər dolaşmaqda davam edir.

V.Hacıyev Bakıda hansı vəzifəni tutmaq üçün çalışırdı və bunun üçün toplanan pul kimə çatacaq idi? Bu və digər suallar hələlik açıq qalır.

pia.az


Etiket: Vilyam Hacıyev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Paşinyan: Ermənistan sərhədçiləri artıq 10 gündür ki, Bağanis-Voskepar ərazisində xidmət aparır

Bakıda tıxacın aradan qaldırılması məqsədilə yeddi layihə icra olunacaq

Dövlət sərhədini pozmağa cəhd göstərən 10 nəfər saxlanılıb

Ən çox oxunanalar