Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Viktor Orban Aİ-ni SSRİ-nin uğursuz parodiyası adlandırıb

Macarıstanın Baş naziri Viktor Orban 1956-cı il antisovet qiyamının ildönümünə həsr olunmuş çıxışı zamanı bildirib ki, Avropa İttifaqının təzyiqləri Sovet hakimiyyətinin hərəkətlərini xatırladır...

Poliqon xəbər verir ki, bu barədə The Washington Post qəzeti məlumat yayıb.

Orban qeyd edib ki, bu gün bəzi hadisələr Sovet dövrünü xatırladır, tarix bəzən təkrarlanır. Orban iddia edir ki, Brüssel Macarıstana liberal demokratiya modelini tətbiq etməyə çalışır, o, bunu rədd edir. Baş nazir bundan əvvəl "liberal olmayan dövlət" yaratmaq məqsədindən danışıb və digər Qərb ölkələrini, o cümlədən Avropa İttifaqının rəhbərliyini tənqid edib.

"Şükürlər olsun ki, bir vaxtlar faciə olan şey indi ən yaxşı halda komediyaya çevrilib. Brüssel Moskva deyil. Moskva faciə idi. Brüssel sadəcə olaraq pis müasir parodiyadır", deyə siyasətçi bildirib.

Macarıstanda sovetyönlü rejimə qarşı üsyan 1956-cı il oktyabrın 23-də başlayıb və noyabrın ortalarına kimi Sovet qoşunları tərəfindən tamamilə yatırılıb. Eyni zamanda, BMT Baş Assambleyası SSRİ-ni Macarıstana silahlı hücumları və onun daxili işlərinə qarışmağı dayandırmağa çağıran qətnamələr qəbul edib.

Rusiya prezidenti Vladimir Putin 2023-cü ilin sentyabrında Sovet qoşunlarının Macarıstan ərazisinə daxil olmasının səhv olduğunu etiraf edib və SSRİ-nin 1956-cı ildə Macarıstana, 1968-ci ildə Çexoslovakiyaya tanklar yeritməklə özünü müstəmləkəçi kimi apardığını bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Sabah bəzi ərazilərdə qaz kəsiləcək - Yenilənib    

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Ən çox oxunanalar