Şənbə, 20 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vətəndaşlara xəbərdarlıq: “Külli miqdarda saxta qızıl satışa çıxarılıb”

“Ölkəmizin qızıl məmulatları bazarında külli miqdarda saxta və aşağı keyfiyyətli mallar var. Çünki bu sahəyə nə ictimai, nə də dövlət nəzarəti var”...

Bunu Bizim.media-ya açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib.

O bildirib ki, Nazirlər Kabinetinin 21 may 1998-ci il tarixli 114 saylı qərarı ilə Azərbaycan ərazisində pərakəndə ticarət şəbəkələrində dəyişdirilməli olmayan malların siyahısı müəyyən edilib:

“Bu siyahının önündə qızıl və qızıl məmulatları gəlir. Bu qərarı rəhbər tutan işbazlar aldadılmış vətəndaşların mallarını nə geri alır, nə də dəyişdirirlər. Mənə sonuncu dəfə bir vətəndaş müraciəti olub ki, “20 min manata saat almışam. Lakin iki gün sonra saat dayandı. Apardım ki, qaytarım. Satıcı nə saatı geri aldı, nə də dəyişdi”.

Belə vəziyyətdə istehlakçının harasa şikayət etmək hüququ yoxdur. Çünki hara getsə, şikayətçiyə Nazirlər Kabinetinin adını çəkdiyimiz qərarını göstərirlər”.
Eyyub Hüseynov onu da qeyd edib ki, bir zamanlar ölkəmizdə Maliyyə Nazirliyinin nəzdində Dövlət Əyar Palatası fəaliyyət göstərib:

“Həmin qurum qızıl məmulatları bazarına çox yaxşı nəzarət edirdi. Qurum həm ölkəyə gətirilən qızıl məmulatlarına, həm də yerli dövriyyəyə nəzarət edirdi. Qurumun nəzarətindən keçən məmulatlara xüsusi nişan vurulurdu. Və hər kəs də qızıl alarkən Əyar Palatasının nişanına xüsusi fikir verirdi. Çox təəssüf ki, son 5 ildə bu sahəyə heç bir nəzarət yoxdur. Nəzarətsiz bir yerdə qanunsuzluğun baş qaldırması da təbii prosesdir. Təsadüfi deyil ki, qızıl məmulatlarından şikayətlərin sayı günbəgün artır”.

Ekspert bildirib ki, hazırda saxta və keyfiyyətsiz qızıl məmulatlarına qarşı ancaq Daxili İşlər Nazirliyi (DİN) mübarizə aparır:

“Bu qurumun da müvafiq məsələ ilə bağlı lazımi səlahiyyəti yoxdur. Yalnız vətəndaş şikayətləri əsasında polislər məsələyə müdaxilə edirlər. Düşünürəm ki, DİN-ə əlavə səlahiyyətlər verilməlidir ki, qızıl məmulatları bazarındakı qanunsuzluğa son qoyulsun”.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

28 yaşlı kişi üzüyü qaytarmaq istəyən nişanlısını qətlə yetirdi - Məktəbə getməyə qoymurmuş

SOCAR-ın idarə rəisi öz qızının şirkətinə xidmət təşkil edir

Kəlbəcərdə mina partlayışlarında üç nəfər yaralanıb - Yenilənib

Əhməd Vəliyevin oğlu YAP-ın deputatlığa namizədi oldu: İngiltərəyə qədər uzanan ailə biznesi 

Elektromobillərimizi günəş enerjisi ilə şarj etmək bizə nə qazandıracaq?

Arda Gülər kimdir? – 9 yaşında oynamağa başlayıb, 19 yaşında ulduz olan futbolçu

“Microsoft”-la bağlı qlobal texniki nasazlıq Pentaqona təsir etməyib

Birinci Qarabağ müharibəsinin şəhidi İbrahim Vəliyev İmişlidə dəfn edilib - Yenilənib

Fələstin bütün ölkələri İsraillə münasibətlərə yenidən baxmağa çağırıb

Ən çox oxunanalar