Bazar, 28 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vətən müharibəsinin "Qarabağ" ordenli şəhidi anılıb

44 günlük Vətən müharibəsində mərd oğullarımız qanları ilə yeni tarix yazaraq tarixə qovuşdular. Belə qəhrəmanlarımızdan biri də Salyan torpağının yetirməsi, baş leytenant, şəhid Əlisahib Ələkbərovdur.

“Report”un Aran bürosu xəbər verir ki, Ələkbərov Əlisahib Selman oğlu 1994-cü il yanvarın 15-də Salyan rayonunun Piratman Gəncəli kəndində doğulub. Kənd məktəbində 9 illik təhsil aldıqdan sonra əvvəlcə Cəmşid Naxçıvanski adına orta ixtisas hərbi məktəbində, sonra isə Heydər Əliyev adına Ali Hərbi məktəbdə oxuyub. 2016-cı ildə kəşfiyyatçı zabit kimi ali hərbi təhsilini başa vuran Ə. Ələkbərov öncə Gəncədə, sonra isə Kəlbəcərin Murovdağ silsiləsində tank əleyhinə taqım komandiri kimi xidmətə başlayır.

Tovuz savaşının iştirakçısı olan gənc zabit Vətən müharibəsinin ilk günündə döyüşə qatılır. Getməmişdən bir gün əvvəl qardaşı Ömərlə anasına məktub göndərir.

“Mənə bir məktub göndərib, arxasında baş leytenant olduğu şəkli büküb. Kağızın da üstünə yazıb vəsiyyətnamə. Açdım oxudum. Ana, sənə telefonda deyə bilmədiyim sözü kağızda yazıram. Fidanla Orxanı atama tapşırıram. Arzusu Fidanı oxutmaq idi, istəyirdi ki, Fidan tibb bacısı olsun. Bir dənə Fidanla Orxanın başının tükünü özümlə aparıram. Əgər sağ-salamat qayıdıb gəlsəm dünyanının ən böyük hədiyyəsini sənə verəcəm. Qayıdıb gəlməsəm, ağlama. Mən şəhid olmağa getmirəm, olsam, belə Qələbə şəhidi kimi qayıdacam”, - deyə anası Nilufər Ələkbərova göz yaşları içində deyir.

Sentyabrın 27-də səhər saatlarında valideynləri ilə əlaqə saxlayır. Şəhidin atası Selman Ələkbərov kədərli halda deyir.

“İşdə olanda səhər-səhər mənə zəng elədi. Dedi ata, ailəmi qardaşım Ömərlə göndərirəm evə. Fidanla Orxanı sənə tapşırıram. Dedim bala, özündən muğayat ol! Dedi, narahat olma”.

O gündən daha əlaqə saxlamaq mümkün olmur. Həmin vaxtlar Murov sisiləsindəki Ömər aşırımı uğrunda şiddətli döyüşlər gedirdi. Əlisahib Ələkbərov rəhbərlik etdiyi əsgərlərlə və digər silahdaşları ilə bahəm düşmənə aman vermir, onlara itkilər verərək iki hakim yüksəkliyi azad edir. Yaralanasına baxmayaraq, döyüşləri davam etdirir. İki gündə 9 yüksəkliyi düşməndən təmizləməyə nail olur. Sentyabrın 29-da Ömər aşrımı uğrunda gedən qanlı döyüşlərdə əsgərlərindən biri şəhid olur. Şəhid əsgərinin nəşi düşmən əlinə keçməsin deyə, güllə, minamyot yağışı altında həyatını təhlükə altına qoyur. Əsgərin nəşini çıxarmaq istəyərkən ayağından, çiynindən və boyun nahiyəsindən qəlpə yaraları alır. 26 yaşında ikən ən ali məqama-şəhidlik zirvəsinə ucalır. Lakin onun nəşini neytral döyüş zonasından çıxarmaq mümkün olmur.

“Sentyabrın 29-da yuxu gördüm. Gördüm balaca-balaca uşaqlar, hamısı paltarsız. Deyirəm niyə bunlar belə paltarsızdılar. Əlimi yelləyən kimi uşaqlar iki yerə bölünür. Yxudan durub evdə dedim ki, oğluma nəsə olub. O gündən bizim həyətə ağ göyərçin gəldi. Hamı görürdü onu. İnanırsız o göyərçin həyətimizdə yeyirdi-içirdi, sonra otururdu qəmgin-qəmgin. Evdəkilərə deyirdim ki, göyərçin bizə xəbər gətirib, Əlisahibin başında nəsə var”.-şəhidin anası Nilufər Ələkbərova bildirir.

Selman kişi oğlunun şəhid olduğundan xəbərdar olsa da, həyat yoldaşı Nilufər və gəlini Fidan xanımdan gizlədir. Oğlu Ömər və yaxın qohumları ilə Murovdağ silsiləsində oğlunun axtarışına başlayır.

“Çox əziyyətlər çəkdik. O qədər güllələr başımızın üstündən yağırdı. Gedə bilmirdik. Günümüz yox idi ki, bəlkə əlimizə götürək bunu. Qurban dedik, heç olmasa əlimizə gəlib çıxsın. Axır ki, gəldi çıxdı əlimizə”.-şəhidin atası Selman Ələkbərov qəhərli halda dillənir.

51 gündən sonra, noyabrın 18-də şəhid Əlisahib Ələkbərovun nəşi neytarl zonasından çıxarılır. Bir gün sonra doğulduğu Piratman Gəncəli kəndində torpağa tapşırılır. Nilufər ana yana-yana deyir.

“Bir ildi onun yoxluğu ilə hələ də barışa bilmirəm. Düzdü Azərbaycanımızın ərazi bütövlüyü uğrunda Zəfər çalan qəhrəmanlarımızdan biridir. Amma Azərbaycan bütövlənsə də Əlisahib kimi ataların balaları atasız, yarları ərsiz qaldı. O bütöv olsa da, bunlar yarım qaldı”.

Zabit şəhid Əlisahib Ələkbərov ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

“Müharibəyə çox can atırdı. Deyirdi ki, Kəlbəcəri mən özüm alacam. Mənə heç nə olmayacaq. Mən də inanırdım ona. O, bizi tək qoyub getdi. Amma onunla fəxr edirəm. Övladlarımızı da onun adına layıq böyüdəcəm. Qəhrəman kimi”.-deyə şəhidin həyat yoldaşı Fidan Ələkbərova gözləri dolmuş halda bildirir.

Noyabrın 18-də zabit şəhid Əlisahib Ələkbərovun şəhadətindən bir il ötür. Özündən sonra Orxan və Əlisahib adlı iki oğul övladı əmanət qalıb. Adına doğulduğu kənddə küçə verilib. Xatirə bulağı da tikilib. İllər öz köçünü sürsə də, o, Qələbə şəhidi kimi xalqın qan yaddaşında əbədi qalacaq, qəhrəmanlığı gələcək nəsillərə bir nümunə olacaq.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəşad Nəbiyevin uğursuz taksi islahatı… – yuxarıları aldatmaq cəhdi, yoxsa səriştəsiz fəaliyyət…

Ziya Məmmədovun qardaşından sensasion açıqlama

Şahin İsmayılov Beyləqandan niyə qovulmuşdu? – İlginc iddiaalar

Tofiq Yaqublunun məhkəməsində ittiham aktı elan olunub

“Arash Medical Company”ni Anar Bayramov üçün özəl edən səbəb...

Beynəlxalq səyyahlar Füzulidə minaların zərərsizləşdirilməsi prossesini izləyib - Yenilənib

Qurban Yetirmişlidən zəlzələ iddialarına sərt reaksiya : “Mən fala baxmıram”

"Hizbullah" İsrailə raket zərbəsi endirib- Ölənlər var

“Yelo Bank”ın depozitləri azalıb – Şirkətlər 550 milyon manatı geri çəkib

Ən çox oxunanalar