Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vəkili döyən polislərə cinayət işi açıldı – Nazirin əmrindən dərhal sonra - Yeniləndi

Müvəkkilinin hüquqlarının müdafiəsi üçün Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə gedən vəkil Orxan Kəngərlinin orda döyülməsi faktı ilə bağlı aparılmış araşdırmalar sona çatıb

Daxili İşlər naziri Ramil Usubov bu işdə günahı olan polis əməkdaşlarını cəzalandırıb. Bu barədə vəkil Anar Qasımlı sosial şəbəkədə məlumat verib.

Vəkil yazır: “Binəqədi RPİ-nin 4-cü Polis şöbəsindən maraqlı məlumatlar gəlir: Deyirlər ki, Azərbaycan Respublikası Daxili İşlər nazirinin 07 iyun 2019-cu il tarixli əmri ilə, Binəqədi RPİ-nin 4-cü PŞ-nin rəis müavini Yalçın Yaqubov DİO-dan xaric olma, təhqiqatçı Elnur Rəşidov vəzifədən azad edilmə, əməliyyatçı və sahə müvəkilinə isə töhmət və xidmətə yararsızlıq intizam məluliyyətinə cəlb etmə tətbiq edilmişdir”.

Qeyd edək ki, VK Rəyasət Heyətinin sədri Anar Bağırov da vəkilin döyülməsinə sərt reaksiya vermişdi: “İstənilən vəkilə qarşı təcavüzü şəxsən özümə qarşı təcavüz kimi qiymətləndirirəm! Məsələ tam araşdırılmalı və təqsirkar şəxslər qanunda nəzərdə tutulan ən ciddi cəzaya məruz qalmalıdırlar. Bunun üçün bütün zəruri tədbirlər tərəfimizdən görülür və görüləcək!”

Qeyd edək ki, Orxan Kəngərlinin döyülməsi ilə bağlı məsələni ilk dəfə tanınmış vəkil Adəm Məmmədov ictimailəşdirmişdi.

***

Vəkil Orxan Kəngərliyə qarşı zorakılıq edən 4-cü polis bölməsinin əməkdaşları Daxili İşlər naziri Ramil Usubovun əmri ilə cəzalandırıldıqdan dərhal sonra Bakı Şəhər Prokurorluğunda faktla bağlı AR CM-nin 4 maddəsi ilə cinayət işi açılıb.

Bu barədə vəkil Adəm Məmmədov məlumat verib. (AzPolitika)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəzaya düşən Nəsiman Yaqublu vəfat edib - Yenilənib

Almaniya Bundesliqası: "Bavariya" "Volfsburq"a qalib gəldi

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Rusiya Pavel Durovla əlaqədar Fransaya nota göndərib

Azərbaycan və İran XİN rəhbərləri regional məsələləri müzakirə edib

Qadınlara qarşı amansızlığı ilə dünyanı silkələyən, 53 nəfərin qatili olan Andrey Çikatilo

Bəşər Əsəd Türkiyə ilə barışıq məsələsində irəliləyişin olmadığını açıqlayıb

Laçın Şəhəri Günü təntənə ilə qeyd ediləcək

Azərbaycan Premyer Liqası: "Sabah" evdə qələbə qazanıb

Qarabağ Universitetinin ilk qəbul ilinin göstəriciləri məlum oldu

Rusiya rəsmilərinə "Telegram"da yazışmaları silmək tapşırıldı

Ən çox oxunanalar